Dərc edildi: Baxış sayı: 582
Azərbaycan və Türkiyə bərpa olunan enerji sahəsində təcrübə mübadiləsinə dair məsləhətləşmələr aparıb
Energetika naziri Pərviz Şahbazov “Türk axını” qaz kəmərinin açılış mərasimi çərçivəsində Türkiyənin Energetika və Təbii Sərvətlər naziri Fatih Dönməzlə görüşüb.
Energetika Nazirliyindən “Report”a verilən məlumata görə, görüşdə Türkiyədə qaza tələbatın ödənilməsində TANAP və “Türk axını” layihələrinin əhəmiyyəti qeyd edilib.
2019-cu ildə Türkiyəyə 27,3%-dən çox Azərbaycan təbii qazının nəqli yüksək qiymətləndirilib. Söhbət zamanı ikitərəfli və regional enerji əməkdaşlığına dair məsələlər müzakirə edilib. Həmçinin bərpa olunan enerji sahəsində təcrübə mübadiləsinə dair məsləhətləşmələr aparılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət