Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycan və Qırğız Respublikasının audit qurumları arasında əməkdaşlıq haqqında saziş imzalanıb

Azərbaycan və Qırğız Respublikasının audit qurumları arasında əməkdaşlıq haqqında saziş imzalanıb
Sakura

Azərbaycan və Qırğız Respublikasının audit qurumları arasında əməkdaşlıq haqqında saziş imzalanıb

Hesablama Palatasının nümayəndə heyəti Ali Maliyyə Nəzarəti Orqanlarının rəhbərləri Şurasının XVIII Sessiyasında iştirak edib.

“Report”un Palataya istinadən verdiyi xəbərə görə, tədbirdə 8 ölkənin Ali Audit Qurumundan 24 nümayəndə, eyni zamanda MDB İcraiyyə Komitəsinin və Qazaxıstanın Maliyyə Nazirliyinin nümayəndələri də iştirak ediblər.

Plenar iclasın açılışında MDB-yə üzv olan dövlətlərin Ali Maliyyə Nəzarəti Orqanlarının Rəhbərləri Şurasının sədri, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov MDB-yə üzv olan dövlətlərin Ali Maliyyə Nəzarəti Orqanlarının Rəhbərləri Şurasının XVII və XVIII Sessiyaları arasındakı müddətdə fəaliyyəti haqqında hesabat məruzəsi ilə çıxış edib, sessiyalar arasındakı müddətdə Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti haqqında ətraflı məlumat verib.

Hesabat məruzəsindən sonra MDB-yə üzv olan dövlətlərin Ali Maliyyə Nəzarəti Orqanlarının Rəhbərləri Şurası sədrinin rəmzinin Hesablama Palatasının sədri V.Gülməmmədov tərəfindən qarşıdakı bir il ərzində bu Şuraya rəhbərlik edəcək Rusiya Hesablama Palatasının sədri Aleksey Kudrinə ötürülməsi mərasimi olub.

Bundan sonra “Dövlət İdarəetməsinin səmərəliliyinin inkişaf etdirilməsi və artırılmasında informasiya texnologiyaları” kimi müəyyən edilmiş sessiyanın tematik mövzusu üzrə çıxışlar dinlənilib.

İclasın sonunda MDB-yə üzv olan dövlətlərin Ali Maliyyə Nəzarəti Orqanlarının Rəhbərləri Şurasının XVIII sessiyasının yekun sənədlərinin rəsmi imzalanma mərasimi olub.

Sessiya zamanı V.Gülməmmədov və Rusiyanın Hesablama Palatasının sədri Aleksey Kudrin arasında baş tutan ikitərəfli görüşdə hər iki qurumun gələcək fəaliyyət perspektivləri və qarşılıqlı əməkdaşlıq istiqamətləri barədə müzakirələr aparılıb.

Qırğız Respublikasının Hesablama Palatasının sədri Ulukbek Maripov ilə keçirilmiş görüş nəticəsində Azərbaycan və Qırğız Respublikası hesablama palataları arasında əməkdaşlıq haqqında saziş imzalanıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Rəsulzadənin kitabındakı Azərbaycan Cümhuriyyəti xəritəsi budur. 1923-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR