Dərc edildi: Baxış sayı: 413
Azərbaycan və Qazaxıstan turizm sahəsində əməkdaşlığı inkişaf etdirəcək
Azərbaycan və Qazaxıstan turizmin inkişafı məsələsini müzakirə ediblər.
“Report” “Kazinform” agentliyinə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov Astanada keçirilən Azərbaycan-Qazaxıstan ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 15-ci iclasında bildirib.
Onun sözlərinə görə, iki ölkə arasında Xəzər dənizində səyahət imkanlarının yaradılması imkanları mövcuddur: “Həmçinin iki ölkə arasında viza rejiminin sadələşdirilməsi ilə bağlı müzakirələr aparılıb. Bizim məhsuldar çalışa biləcəyimiz məsələlər həddindən çoxdur”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət