Azərbaycan və OPEC enerji tənzimləməsi üzrə əməkdaşlığı müzakirə edib
Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) İdarə Heyətinin sədri Samir Axundov Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) Beynəlxalq İnkişaf Fondunun investisiyalar üzrə baş meneceri Riçard Eqobinın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərək onunla enerji tənzimləməsi üzrə əməkdaşlığı müzakirə edib.
Bu barədə "Report"a agentlikdən bildirilib.
Məlumata görə, görüşdə Azərbaycanın energetika sektorunda həyata keçirilən islahatlar, xüsusilə qanunvericilik bazasının gücləndirilməsi yönündə icra edilən tədbirlər diqqətə çatdırılıb. Eyni zamanda, enerji tənzimləmə sahəsi üzrə beynəlxalq əməkdaşlıq əlaqələri və mövcud enerji layihələrindən söz açılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət