Dərc edildi: Baxış sayı: 480
Azərbaycan və Litva Müdafiə nazirlikləri arasında əməkdaşlıq planına əsasən seminar keçirilib
Azərbaycan və Litva Müdafiə nazirlikləri arasında 2020-ci il üçün ikitərəfli əməkdaşlıq planına əsasən Silahlı Qüvvələrin Hərbi Akademiyasında seminar keçirilib.
Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.
STANAG testlərinin tərtib edilməsi üzrə təcrübə mübadiləsinə və hazırlanan testlərin qarşılıqlı sınaqdan keçirilməsinə dair seminarda test materiallarının hazırlanmasının metodologiyası və nəticələrin uzlaşdırılması mövzuları, həmçinin xarici dil mərkəzləri ilə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət