Dərc edildi: Baxış sayı: 346
Azərbaycan və Litva arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Azərbaycan-Litva hökumətlərarası komissiyasının həmsədri Mikayıl Cabbarov Litva Hökumətinin Kansleri Algirdas Stonçaytis ilə görüşüb.
"Report" bu barədə Vergilər Nazirliyinə istinadən xəbər verir.
Tanışlıq məqsədi ilə keçirilən görüşdə tərəflər Azərbaycan ilə Litva arasında iqtisadi və digər sahələrdə əlaqələrin inkişafı, hökumətlərarası komissiyanın fəaliyyəti, iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi və “Azərbaycanın dövlət qulluğunda islahatlara dəstək” Tvinninq layihəsi çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət