Dərc edildi: Baxış sayı: 255
Azərbaycan və İran generalları regional təhlükəsizlik məsələlərini müzakirə ediblər
Azərbaycan müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordu komandanı general-polkovnik Kərəm Mustafayev İran İslam Respublikasına rəsmi səfər edib.
Ens.Az-ın məlumatına əsasən,bu barədə İqtisadiyyat.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, səfər çərçivəsində İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini general-mayor Əziz Nəsirzadə və digər hərbi rəhbərlərlə görüşlər keçirilib.
Bildirilib ki, görüşlərdə Azərbaycan ilə İran arasında hərbi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib, regional təhlükəsizlik məsələləri barədə ətraflı fikir mübadiləsi aparılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət