Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycan və Hollandiyada Qələbə Günü münasibəti ilə silsilə tədbirlər həyata keçiriləcək

Azərbaycan və Hollandiyada Qələbə Günü münasibəti ilə silsilə tədbirlər həyata keçiriləcək
Sakura

Azərbaycan və Hollandiyada Qələbə Günü münasibəti ilə silsilə tədbirlər həyata keçiriləcək

Avropa Azərbaycanlılar Konqresi Qələbə Günü münasibəti ilə 3-9 may tarixlərində Beniluks Azərbaycanlıları Konqresi ilə birgə Beniluks ölkələrində və Azərbaycanda silsilə tədbirlər həyata keçiriləcək.

Trend-in məlumatına görə, tədbirdə Azərbaycan Respublikası Veteranlar Təşkilatı, Azərbaycan Beynəlmiləl Döyüşçülər Birliyi, Azərbaycan Milli Qəhrəmanlar Cəmiyyəti, Diasporla İş Üzrə Dövlət Komitəsi, Azərbaycanın Niderland Krallığındakı səfirliyinin nümayəndələri, Azərbaycanın Brüsseldəki diplomatik korpusunun rəhbərliyi, Azərbaycanın NATO yanındakı Nümayəndəliyinin rəhbərliyi, Milli Qəhrəman Məmməd Məmmədovun anadan olduğu Zaqatala şəhərinin icra başçısı, Niderland və Belçikada fəaliyyət göstərən Azərbaycan və Türkiyə təşkilatlarının nümayəndələri, Osterveyk şəhəri Meriyasının rəhbərliyi, ictimaiyyəti, Azərbaycan, Niderland və Belçikanın mətbuat nümayəndələri iştirak edəcəklər.

Bildirək ki, II Dünya müharibəsi zamanı 1941-1945 illərdə bir qrup azərbaycanlı sovet əsgəri Niderland Krallığında Müqavimət Hərəkatında hollandiyalılar ilə birlikdə alman faşistlərinə qarşı mübarizədə fəal iştirak ediblər və Niderland Krallığının faşizmdən azad olmasında mühüm rol oynayıblar.

Onlardan biri Hollandiya Müqavimət Hərəkatının görkəmli nümayəndələrindən biri, “Cəngəvər Titulu” almış Məmmədov Məmməd (Medo). M.Məmmədov Osterveyk şəhərində partizan hərəkatına başcılıq edib, sonralar Niderlandda məskunlaşaraq ailə qurub, bu ölkənin muharibədən sonrakı inkişafına yüksək tohfə verib.

Niderland Krallığı tərəfindən həmyerlimizin fəaliyyəti yuksək qiymətləndirilərək Məmməd Məmmədova Niderland Krallığının Milli Qəhrəmanı adı verilib, Niderland Kral Sarayının Fəxri üzvu seçilib, Osterveyk şəhərinin ilk fəxri vətəndaşı adına layiq görülüb və Osterveyk şəhərində "Mammadovpad" kuçəsi salınıb, Xatirə lövhəsi yaradılıb.

Mühüm hadisələrdən sonra, Niderland Krallığının milli azlıqlar və inteqrasiya naziri Gerd Leers azərbaycanlıları ölkəsinə inteqrasiya prosesində birincilik qazanan xalq adlandırıb.

Nəzərdə tutulan tədbirlərin proqramına daxildir:

- 3 May - Belçikanın "Stedelijk Van Genk" Qardaşlıq məzarlığının ziyarəti və bu məzarlıqda dəfn olunmuş Azərbaycan əsgərlərinin xatirəsinin yad edilməsi və rəsmi mərasim;

 

- 4 May - Niderland Krallıgının Osterveyk şəhərində rəsmi mərasim.

Azərbaycan nümayəndə heyətinin "Mammadovpad" kucəsinin və Memorial Xatirə Ansamblının ziyarəti. Osterveyk şəhərində yerli əhali üçün Milli Qəhrəman Medoya həsr edilmiş filmin nümayişi. "Baku Network Media Mərkəzi"nin rəhbəri Elxan Ələsgərovun Medoya həsr edilmis "İtirilmiş zaman" kitabının təqdimatı. Milli Qəhrəmanın qızı Nancy Məmmədova və digər ailə üzvləri ilə gorüş.

- 05 May - Amersfoort Leusden Qardaşlıq Məzarının ziyarəti və bu məzarlıqda dəfn olunmuş Azərbaycan əsgərlərinin xatirəsinin yad edilməsi və əklillərin qoyulması. Rəsmi mərasim.

- 06 May - Nümayəndə heyətlərinin Azərbaycana yola düşməsi.

- 07 May - Nümayəndə heyətlərinin Milli Qəhrəmanın anadan olduğu Zaqatalanın Muğanlı kəndinə gəlişi. Məmməd Məmmədovun xatirəsini əbədiləşdirmək üçün Zaqatalada Xatirə Muzey guşəsinin aclışı;

- 08 May - Zaqatalanın Muğanlı kəndindəki orta məktəbin şagird və muəllim kollektivi, ictimaiyyəti ilə Milli Qəhrəmanin ailə üzvlərinin görüşü;

- 09 May - Bakıda keçiriləcək Qələbə Gününə həsr olunmuş görüşdə Milli Qəhrəmanın ailə üzvlərinin iştirakı.

Görüşlərdə Niderland ve Belçikada fəaliyyət göstərən yerli mətbuat orqanlarının nümayəndələri iştirak edəcəklər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xınalıq

Redaktor seçimi

SON XƏBƏRLƏR