Slimfit
  1. SİYASƏT

Azərbaycan və Fransa XİN rəhbərləri Laçın yolu ətrafındakı vəziyyəti müzakirə ediblər

Azərbaycan və Fransa XİN rəhbərləri Laçın yolu ətrafındakı vəziyyəti müzakirə ediblər
Sakura

Azərbaycan və Fransa XİN rəhbərləri Laçın yolu ətrafındakı vəziyyəti müzakirə ediblər

Fransa xarici işlər naziri ilə görüşdə Laçın yolu ətrafındakı vəziyyət müzakirə olundu. Mən xanım nazirə üçtərəfli bəyanatdan sonra Laçın yolunda olan vəziyyət, Ermənistan tərəfindən qanunsuz silahların daşınması, üçüncü ölkə vətəndaşların, o cümlədən terrorçuların qanunsuz olaraq əraziyə gəlməsi, Azərbaycan ərazilərinin təbii sərvətlərinin talan edilməsi və Laçın yolu ilə daşınması barədə məlumat verdim.

Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Fransanın xarici işlər naziri Ketrin Kolonnanın iştirakı ilə bu gün keçirilən mətbuat konfransında deyib.

C.Bayramov qeyd edib ki, xüsusilə həmkarına Ermənistan tərəfindən Laçın yolu ilə minaların daşınması və Azərbaycan ərazilərində basdırılması barədə məlumat verib.

"Üçtərəfli bəyanat imzalanandan sonra 294 Azərbaycan vətəndaşı mina qurbanı olub. Dəfələrlə xəbərdarlıqlara baxmayaraq, Ermənistan tərəfi tələblərə əməl etməyib. Azərbaycan Laçın yolunda sərhəd-buraxılış məntəqəsinin qurulmasını təklif etmişdi. Lakin Ermənistan buna da etiraz etmişdi. Azərbaycan vəziyyəti şəffaflaşdırmaq üçün Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin qurulması qərarını verdi. Laçın yolu bundan sonra da açıqdır və açıq olacaq", - Nazir əlavə edib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1921-ci ilin avqust ayında İraqın ilk Kralı I Feysəlin taxta çıxma mərasimi. Ətrafında iraqlılar yox, ingilislər var ...

Redaktor seçimi

SON XƏBƏRLƏR