Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycan və Ermənistan “post danışıqlar dövrü”nə qədəm qoyub - Şərh

Azərbaycan və Ermənistan “post danışıqlar dövrü”nə qədəm qoyub - Şərh
Sakura

Azərbaycan və Ermənistan “post danışıqlar dövrü”nə qədəm qoyub - Şərh

 

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sentyabrın 24-də keçirilən görüşü formal xarakter daşıyırdı. Aydındır ki, biz artıq “post danışıqlar dövrü”nə qədəm qoymuşuq.

Bu isə Ermənistanın Baş naziri Nikol Paşinyanın son bir neçə ayda səsləndirdiyi radikal və populist açıqlamalar fonunda gözlənilən idi. 

Bu barədə Oxu.Az-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev bildirib.

Onun sözlərinə görə, danışıqlar ərəfəsində azərbaycanlı hərbçinin təmas xəttində öldürülməsi belə bir təəssürat yaradır ki, erməni rəhbərliyi bütün gücü ilə genişmiqyaslı hərbi toqquşmanın baş verməsinə can atır.

“Görünən odur ki,  Ermənistanda həm dərin daxili siyasi böhran, həm də erməni kilsəsi daxilində gedən parçalanma fonunda Baş nazir cəmiyyəti xarici düşmənlə mübarizəyə səfərbər etmək məqsədi ilə yeni müharibə arzusundadır. “İnqilab”a verilən kredit tükənib. Beynəlxalq ictimaiyyət demokratikləşmə şüarı arxasında gizlənən və qonşu ölkənin ərazisinin ilhaqını elan edən Ermənistan rəhbərliyinin əsl niyyəti ilə bağlı yanılmamalıdır”, - deyə F.Şəfiyev əlavə edib.

Ekspert “post-danışıqlar dövrü”nün nə ilə nəticələnəcəyini də şərh edib.  F.Şəfiyevin fikrincə, ATƏT-in Minsk qrupunun mandatına uyğun olaraq Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin statusunu müəyyən etmək olan danışıqlar artıq mahiyyətini itirir. Bu şərtlər altında isə problemin digər yolları barədə düşünməyə ehtiyac yaranır.

“2016-cı ilin aprel hadisələri Azərbaycanın artan hərbi potensialını nümayiş etdirdi. Bununla yanaşı onun genişlənən iqtisadi potensialı, regional, qlobal müstəvidə etibarlı və uzunmüddətli tərəfdaş statusunun möhkəmlənməsi fonunda dəyişməsi mümkün olan bir sıra geosiyasi maneələrin olduğunu göstərdi.

Danışıqların aparılmasını mənasız hesab edən bir ölkə öz hərbi potensialını, iqtisadi gücünü, diplomatiya və elm sahəsi də daxil olmaqla insan resurslarını bundan sonra da gücləndirməyə davam edəcək.

Ermənistanın dərinləşən təcridi fonunda Azərbaycanın təşəbbüsü ilə regional layihələrin coğrafiyasının genişlənməsi Yerevanın öz xalqının gələcəyini düşünməyə və 20-ci əsrin ortalarına xas olan milliyyətçi layihələrdən əl çəkməyə  sövq etməli olan daha bir faktordur.   Bu layihələr keçmişdə öz yaradıcılarını məhv etdi və bu, gələcəkdə də belə olacaq”.

Qeyd edək ki, sentyabrın 24-də Nyu-Yorkda Azərbaycan və Ermənistan XİN başçılarının – Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanın görüşü olub.

Görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri də iştirak edib.

Aqşin Kərimov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əhməd Cavadın 1914 cü ildə Gəncə şəhərində yazdığı "Çırpınırdı Qara dəniz" şeirinin orjinal mətni

Redaktor seçimi

SON XƏBƏRLƏR