Dərc edildi: Baxış sayı: 843
Azərbaycan və Ermənistan arasında növbəti əsir mübadiləsi baş tutub
Azərbaycan və Ermənistan arasında Rusiya sülhməramlılarının vasitəçiliyi ilə növbəti dəfə hərbi əsirlərin mübadiləsi həyata keçirilib.
TASS məlumat yayıb ki, bunu Rusiya sülhməramlı qüvvələrinin rəhbəri general-leytenant Rüstəm Muradov jurnalistlərə bildirib.
Məlumata əsasən, Rusiya təyyarəsi ilə Bakıya bir nəfər hərbi əsir gətirilib, İrəvana isə beş nəfər qaytarılıb.
R.Muradov qeyd edib ki, Rusiya sülhməramlı qüvvələri bundan sonra da üçtərəfli sazişin icra olunması üçün vasitəçilik edəcək.
Mənbə: Oxu.Az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət