Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycan və Dağıstan arasında qatarların keçidi sadələşdirilə bilər

Azərbaycan və Dağıstan arasında qatarların keçidi sadələşdirilə bilər
Sakura

Azərbaycan və Dağıstan arasında qatarların keçidi sadələşdirilə bilər

Dağıstanda Yaraq-Qazmalar məntəqəsindən dəmiryol nəqliyyatının keçidi sadələşdirilə bilər.

Trend-in məlumatına görə, bunu Soçidə investisiya forumunda Rusiyanın Şimali Qafqaz işləri üzrə nazir müavini Olqa Ruhullayeva deyib.

Nazir müavini bildirib ki, bu il həmin buraxılış məntəqəsinin inkişafına maliyyə vəsaiti ayrılıb və görüləcək işlər sayəsində Yaraq Qazmalar məntəqəsinin buraxılış qabiliyyəti artacaq, sərnişinlərin və sərnişin nəqliyyatının keçidi sadələşdiriləcək:

 

"Həmçinin qatarların hərəkəti zamanı sərhəd keçidinin daha tez rəsmiləşdirilməsi barədə danışıqlar aparılması planlaşdırılır".

O.Ruhullayevanın sözlərinə görə, Rusiya və Azərbaycan arasında sadələşdirilmiş sərhəd keçidi rejimi beynəlxalq turizm marşrutunun yaradılmasına imkan verəcək ki, bu da tez bir zamanda iki ölkə arasında turist mübadiləsini stimullaşdıracaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Rəsulzadənin kitabındakı Azərbaycan Cümhuriyyəti xəritəsi budur. 1923-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR