Dərc edildi: Baxış sayı: 438
Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında əməkdaşlıq Planı imzalanıb
Azərbaycan və Belarusun müdafiə nazirlikləri arasında 2020-ci il üçün ikitərəfli əməkdaşlıq Planı imzalanıb.
"Report" xəbər verir ki, əməkdaşlıq Planının imzalanması mərasimi oktyabrın 29-da Bakıda iki ölkənin Müdafiə nazirlərinin görüşünün sonunda keçirilib.
Plan ekspert qruplarının qarşılıqlı səfərlərinin təşkili, birgə döyüş hazırlığı tədbirlərinin keçirilməsi, qabaqcıl təcrübə mübadiləsi və digər vacib məsələləri nəzərdə tutur.
Qeyd edək ki, oktyabrın 29-da Bakıda Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovla Belarusun müdafiə naziri, general-leytenant Andrey Ravkov arasında görüş olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət