Slimfit
  1. MEDİA

Azərbaycan varlıları yerli avtomobil də alır

Azərbaycan varlıları yerli avtomobil də alır
Sakura

Maşın təmirçisi maraqlı məqamlar açıqladı

Gələcəkdə Azərbaycan avtomobilləri xaricə ixrac oluna bilər. 

“Azərmaş” ASC-nin Neftçala Sənaye Məhəlləsindəki avtomobil zavodunda istehsal olunan "Peugeot” markalı minik avtomobillərinin satışına başlanılıb. Şirkətin İdarə Heyətinin sədri Emin Axundov mətbuata açıqlamasında bu haqda məlumat verib. 

Onun sözlərinə görə, fevral ayının sonundan daxili bazara çıxarılmış və qiyməti 17 500 manat olan bu maşınlara maraq böyükdür: 

"Həmin minik avtomobilləri satılır. Hazırda onların ölkədən ixracı ilə bağlı iş aparırıq”.

Qeyd edək ki, ölkəmizdə avtomobil sənayesində daha əvvəl atılan addımlar uğursuzluqla nəticələnib. Bir neçə adda maşın istehsal edilsə də, bu avtomobil istehlakında çox az faizi əhatə edə bilib. İlk növbədə ölkədə bu sahədə idxal asılılığının azaldılması planlaşdırılsa da, yerli istehsalçılar buna müvəffəq ola bilməyiblər. Məsələn,  2015-ci ildə Şamaxıda açılan "Azsamand" zavodu eyni adlı avtomobili istehsal etməyə başlamışdı. 2016-cı ilin rəsmi statistikasına görə, ölkə üzrə bir milyondan çox avtomobil arasında "Azsamand" ın sayı təxminən 3400 olub ki, bu da ümumi avtomobil sayının 0,29 faizini təşkil edib.

Azərbaycan avtomobillərinin geniş şəkildə istehsalının qarşısını alan vacib məqam istehlakçıların yerli istehsala marağının az olmasıdır. Vətəndaşlar xaricdə istehsal edilən “ikinci əl” avtomobillərə  daha çox üstünlük verirlər. Eləcə də yerli istehsal avtomobillərinin qiyməti alıcıları qane etmir.  Ekspertlər, həmçinin hesab edirlər ki, ehtiyat hissələrinin xaricdən gətirilərək yığılması avtomobil istehalında effektli üsul sayılmır və bununla uğur əldə etmək mümkün deyil.

Bəs, "Peugeot” bazarda uğur qazana və çoxsaylı xarici markalarla rəqabət apara biləcəkmi? Xarici ölkələrdə bu avtomobillərə maraq yaratmaq mümkün olacaqmı?

“Cümhuriyət”in suallarını avtomobil ustası Elşən Sultanlı cavablandırıb. E.Sultanlı hesab edir ki, “ikinci əl” maşın almaq daha sərfəlidir: 

“Mənə qalsa, ikinci əl “Hunday” alaram”. Bununla belə o hesab edir ki,  "Peugeot”un qiyməti normaldır: “Hesab edirəm ki, 17500 verib işlənmiş maşın da almaq olar, ancaq bu, təzə maşındır. Zamanla bu maşının keyfiyyəti özünü göstərəcək”. 

Elşən Sultanlının sözlərinə görə, "Peugeo” mühərrikləri o qədər də dözümlü deyil: “Alqı-satqı portallarına da diqqət yetirsək, alıcıların daha çox xarici avtomobillərə maraq göstərdiyinin şahidi olarıq. Rusiya istehsalı olan avtomobillərə də üstünlük verilməsini tövsiyə edərdim”. 

Bununla belə, Elşən Sultanlı Azərbaycan istehsalı olan avtomobillərin uğur əldə edə biləcəyini deyir. Onun sözlərinə görə, istehsal olunan avtomobillər arasında “Azsamand” istehlakçıların marağını qazanıb: 

“Naz Lifan”a nisbətən “Azsamand” daha keyfiyyətlidir. Bu avtomobil artıq maddi durumu daha yüksək olan təbəqənin də marağını qazanıb. Bu avtomobilin mühərriki dözümlüdür”. 

Avtomobil ustası yerli istehsal maşınlarda ehtiyat hissələrinin qıtlığından danışdı. Onun sözlərinə görə, bu avtomobillərin bəzi ehtiyat hissələri çətin tapılır, digər bir qrup hissələrin isə qiyməti bahadır.  

Xatirə Nəsirova
Mənbə: Cebhe.info

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Uşaqların ağlaması dünyada ən qıcıqlandırıcı səsdir

Redaktor seçimi

SON XƏBƏRLƏR