Dərc edildi: Baxış sayı: 553
Azərbaycan üzgüçüsü Dünya Kubokunda ikinci medalını qazanıb
Azərbaycanın üzgüçülük növü üzrə paralimpiya milli komandasının üzvü Roman Saleh Şotlandiyanın Qlazqo şəhərində keçirilən Dünya Seriyasında ikinci medalını qazanıb.
"Report"un məlumatına görə, idmançı yarışın son günündə batterflay üsulu ilə 100 metr məsafəyə üzmədə 58.63 saniyəlik nəticə göstərərək bürünc medala sahib olub.
Qeyd edək ki, Roman Saleh yarışın ilk günlərində üzgüçülüyün arxasıüstə üzmədə 100 metr məsafədə 1:00:61 nəticə ilə qızıl medal qazanıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət