Dərc edildi: Baxış sayı: 505
Azərbaycan Ukraynadan pul köçürmələri üzrə “3-lük”də yer alıb
Ukraynaya 2019-cu ildə xaricdən 12 milyard ABŞ dolları daxil olub, Ukraynadan kənara isə 600 milyon ABŞ dolları köçürülüb.
“Report” Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Bankından bildiriblər.
Maraqlıdır ki, Ukraynadan xaricə pul köçürmələri üzrə liderlər sırasında Azərbaycan da var. Belə ki, yuxarıda göstərilən ümumi məbləğin 6%-i məhz Azərbaycana göndərilib. Bu isə 36 milyon ABŞ dolları deməkdir.
Bu baxımdan öncüllər sırasında Rusiya (31%), Gürcüstan (11%), Çin, Özbəkistan (hər ikisi 5%) da var.
Ukraynaya daxil olan köçürmələr üzrə isə İsrail (14%), İtaliya (9%), Rusiya, Polşa (hər ikisi 7%) liderlər sırasındadır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət