Dərc edildi: Baxış sayı: 597
Azərbaycan - Uels oyununu maltalı hakimlər briqadası idarə edəcək
Futbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Uels-Azərbaycan oyununun hakimləri müəyyənləşib.
Trend-in məlumatına görə, matçı Maltadan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi Trustin Farruciya Kann olacaq. Ona Alan Kamilyeri və Luke Portelli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Alan Mario Sant yerinə yetirəcək.
Finlandiyalı Jouni Hutia oyunun hakim-inspektoru, isveçli Kristian Valendar isə UEFA nümayəndəsi olacaq.
Uels-Azərbaycan oyunu sentyabrın 6-da Kardiff şəhər stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət