Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycan üçün “Huawei” təhlükəsi - Açıqlama

Azərbaycan üçün “Huawei” təhlükəsi - Açıqlama
Sakura

Azərbaycan üçün “Huawei” təhlükəsi - Açıqlama

Ötən həftə ABŞ Prezidenti Donald Trampın  Çinin "Huawei" şirkətini qara siyahıya salmasından sonra, Google, İntel və başqa şirkətlər "Huawei"ni əməkdaşlıqdan silmək qərarını alıblar.

Lent.az məlumat verir ki, Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz mövzu ilə bağlı danışarkən bildirib ki, ABŞ onu telefonlardakı proqram təminatarında yerləşdirdiyi xüsusi kodlar vasitəsilə məlumatları oğurlamaqda və Çin hökumətinə ötürməkdə günahlandırır:

”Ümumiyyətlə, uzun illər idi ki, bu şirkətin Çin hökuməti ilə iş birliyində olduğu bildirilirdi. “Huawei”nin milyardlarla marketinq siyasətinin və ucuz məhsul satmasının da hökumətin dəstəyilə olduğu bildirilirdi, ancaq şirkət bunu təkzib edirdi. Belə görünür ki, ABŞ hökuməti artıq bunu isbat edib.

Bu məsələ əslində 5G reallaşanda gündəmə gəldi. Yəni məlumat oğurluğu məsələsi zaman digər qlobal şirkətlərdə (FB, Apple, Google və s.) də belə hallar olub. Amma 5G gündəmə gələndən sonra məlum oldu ki, belə davam edərsə “Huawei” öz avadanlıq və proqramları ilə hədsiz böyük məlumat ötürmə sürətilə bütün əşyaları inteqrasiya edə biləcək. Bir sözlə şirkət ikinci real dünyamıza nəzarət edəcək. Odur ki,ABŞ təhlükəsizlik baxımından buna imkan verə bilməzdi. Güman ki, bundan sonra şirkətin qlobal dünyada hökmranlığına son qoyulacaq və hansısa cərimələrlə, açıqlamalarla n-ci sırada olan bir şirkətə çevriləcək”.

O.Gündüz deyib ki, yaranmış vəziyyətin Azərbaycan üçün təhlükəsi var:

“Bizdə dövlət sektorunda “Huawei”nin xüsusi çəkisi yetərincədir. Belə ki, ucuz olduğu üçün bəzi dövlət qurumları bu şirkətin sistemlərinə üstünlük verib. Bildiyim qədəri ilə “Baktelecom” MMC-nin 80%-i, “Aztelekom” MMC-nin 70%-i, hətta bəzi dövlət qurumlarının Data Mərkəzləri də “Huawei” məhsulları üzərindədir.

Sanksiyalar isə hələlik “Huawei” telefonları ilə bağlıdır. Əgər sabah ABŞ sanksiyaları şirkətin bütün avadanlıqlarına və proqramlarına şamil edərsə, olacaqları təsəvvür etmək çox çətindir. Bununla Azərbaycan informasiya sahəsində çox ciddi təhdidlərlə üzləşə bilər. Xatırlayıram ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) yeni qurduğu Data Mərkəz də az qala “Huawei” nəzarətinə keçirdi, ancaq son anda “BestComp” şirkətinin çevik siyasəti ilə bu məsələ sovuşub”.

Ekspert həmçinin əlavə edib ki, bu hadisədən sonra XDMX (Xüsusi Dövlət Mühafizə Xidməti) bütün dövlət İT sektorunu monitorinq və audit etməlidir:

“Bildiyim qədər bizdə bu şirkətlə daha çox əməkdaşlıq edən “Eurodesign” və “Ultra” şirkətləridir. Sanksiyalarla əlaqəli gözlənilən “Huawei” təhlükələrindən yayınmaq üçün hökumət təcili B planı hazırlamalıdır.

Həmçinin “Huawei” şirkətinə qarşı ehtiyatlı olmağı tövsiyə edən İT mütəxəssisləri və şirkət rəhbərlərini də alqışlayıram. Hökumətə də bununla bağlı çağırış edirəm ki, onlara dəyər verərək, qorusun”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İspaniya tərcümədə "dovşanlar məkanı" deməkdir

Redaktor seçimi

SON XƏBƏRLƏR