Dərc edildi: Baxış sayı: 390
Azərbaycan Türkiyəyə ixracı artırmaq istəyir
“Türkiyənin iş adamları Naxçıvanda azərbaycanlı həmkarları ilə birgə məhsul istehsal edə bilərlər”.
“Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifəsini icra edən Yusif Abdullayev deyib.
Onun sözlərinə görə, bu il oktyabrın 23-27-də Naxçıvandan 19 şirkətin rəhbər şəxslərinin Türkiyəyə səfəri təşkil edib: “Bu səfər çərçivəsində bir sıra Türkiyə şirkətləri ilə Naxçıvanda birgə istehsalın təşkili və Türkiyəyə ixrac barədə danışıqlar aparılıb. Hədəfimiz Türkiyəyə ixracın artırılmasıdır. Həmçinin, şirkətlər meyvə şirələrinin, qənnadı məhsullarının ixracı ilə bağlı konkret razılıq əldə edib”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət