Slimfit
  1. HƏRB

Azərbaycan, Türkiyə və Pakistan birgə hərbi təlim keçirəcək

Azərbaycan, Türkiyə və Pakistan birgə hərbi təlim keçirəcək
Sakura

Azərbaycan, Türkiyə və Pakistan birgə hərbi təlim keçirəcək

“Türkiyə və Pakistanla birgə hərbi təlimlər keçirmək planlarımız var”.

Femida.az xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov AzTV-yə müsahibəsində deyib. 

Nazir bu yaxınlarda Pakistanda səfərdə olduğunu qeyd edib. 

“Qardaş Pakistan xalqının Azərbaycan xalqına yüksək münasibəti var, Azərbaycan hərbçilərini ayaqüstə salamlayırdlar, ölkəmiz haqqında çox xoş sözlər deyirdilər". 

Z.Həsənov qeyd edib ki, Türkiyə ordusunun bacarığı yüksək səviyyədədir: 

“Türkiyənin Silahlı Qüvvələri NATO-nun ən güclü ordularından biridir. Yüksək səviyyəyə və təchizata malikdir. Bizim şansımızdır ki, dinimiz, dilimiz birdir və biz bu şansdan yararlanmalıyıq və yararlanırıq. Bu yaxınlarda hərbi hava qüvvələrimiz təlim keçirirdilər. Təlimdə Türkiyənin Hava Qüvvələrinin təcrübəli pilotları bizim Hava Hücumundan Müdafiə Qoşunlarının müdafiə sistemlərinə hücum etdi. Bu, bizə lazım idi. Bilməli idik ki, biz bu hücumu dəf edə biləcəyik, yoxsa edə bilməyəcəyik. Bizimkilər bu hücumu dəf etdilər. Qüvvələrimiz döyüş bacarığını təkmilləşdirdilər. Nöqsanlar da var, biz bunları gördük, nəticə çıxardıq və o nöqsanları aradan qaldırdıq”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əliağa Kürçaylı məşhur xanəndə Cabbar Qaryağdıoğlunun qızı Şəhla xanımla evlənib.

Redaktor seçimi

SON XƏBƏRLƏR