Dərc edildi: Baxış sayı: 634
Azərbaycan, Türkiyə və İran XİN başçıları oktyabrın 30-da İstanbulda görüşəcəklər
Türkiyə, Azərbaycan və İranın xarici işlər nazirləri oktyabrın 30-da İstanbulda altıncı üçtərəfli görüş keçirəcəklər.
"Report" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
"Görüş zamanı nazirlər üç ölkə arasındakı gələcək əməkdaşlıq imkanlarını müzakirə edəcək və regional proseslər ətrafında fikir mübadiləsi aparacaqlar", - bəyanatda deyilir.
Xatırladaq ki, bu gün İstanbulda Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin yeddinci üçtərəfli görüşü keçiriləcək.
Görüşlərdə iştirak etmək üçün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov dünən Türkiyəyə işgüzar səfərə gedib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət