Azərbaycan, Türkiyə və Gürcüstan Silahlı Qüvvələri arasında çoxmillətli təlimlər keçirilir
Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclasının protokoluna əsasən, 2019-cu ildə Türkiyədə baş tutacaq “Anadolu Ankası” və “Anadolu Qartalı” təlimlərinin Ankara şəhərində keçirilən planlaşdırma iclasında Azərbaycan Hərbi Hava Qüvvələrinin nümayəndə heyəti iştirak edir.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan, Türkiyə və Gürcüstan Silahlı Qüvvələri arasında neft və qaz kəmərlərinin mühafizəsi, təcrübə mübadiləsi və qarşılıqlı uyarlığın artırılması məqsədilə Türkiyənin Pınarhisar şəhərində “Eternity-2018” çoxmillətli təlimləri keçirilir.
Kompüter dəstəkli komanda-qərargah təlimi ilk dəfə olaraq eyni zamanda ərazidə və hər üç dövlətin hərbi bölmələrinin cəlb olunması ilə icra edilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət