Dərc edildi: Baxış sayı: 370
Azərbaycan, Türkiyə və Gürcüstan hərbi rəhbərlərinin Bakı görüşünə dair protokol imzalanıb
Azərbaycanın müdafiə naziri, Türkiyə və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəislərinin Bakıda keçirilən 3-cü üçtərəfli görüşü başa çatıb.
"Report" xəbər verir ki, əvvəlcə açıq keçirilən, daha sonra qapalı formada davam etdirilən müzakirələrin sonunda protokol imzalanıb.
Sənədi Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vladimer Çaçibaia imzalayıblar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət