Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycan Turizm Assosiasiyası Pakistanda beynəlxalq turizm sərgisinə qatılıb

Azərbaycan Turizm Assosiasiyası Pakistanda beynəlxalq turizm sərgisinə qatılıb
Sakura

Azərbaycan Turizm Assosiasiyası Pakistanda beynəlxalq turizm sərgisinə qatılıb

Azərbaycan Turizm Assosiasiyası (AZTA) ilk dəfə olaraq Pakistanın Karaçi şəhərində keçirilən “Pakistan Travel Mart “ (PTM-2018) beynəlxalq turizm sərgisi və forumunda ölkəmizin turizm potensialını təbliğ edib.

AZTA-dan AZƏRTAC-a bildirilib ki, sərgidə assosiasiyaya üzv olan 18 şirkət və otel nümayəndəsi ölkəmizin turizm potensialı, o cümlədən səyahət, kənd, ov, müalicə, biznes və digər turizm məhsulları haqqında qonaqları və iştirakçıları məlumatlandırıblar. Ölkəmizin sərgidə ilk dəfə iştirak etməsinə və yeni bir istiqamət olmasına baxmayaraq, qonaqlar arasında təqdim və təbliğ edilən məlumatlar ciddi maraqla qarşılanıb.

AZTA üzvləri ölkəmizə məxsus stendlə maraqlanan hər bir iştirakçıya Azərbaycanın turizm sənayesində müşahidə olunan inkişaf, ildən-ilə artan turist axını, eləcə də ölkədə hökm sürən sabitlik və təhlükəsizlik şəraiti barədə geniş məlumat verib.

Sərgi çərçivəsində keçirilən “PTM-2018” beynəlxalq forumda AZTA –nın marketin departamentinin rəhbəri Nərgiz Babayeva və gəlmə turizm komitəsinin üzvü Murad Kərəmov çıxış edərək ölkə iqtisadiyyatının prioritet sahələrindən olan turizm sektorunda son illər yaşanan inkişaf, dövlət tərəfdən turizmin inkişafına verilən dəstək, investorlar üçün yaradılan şərait və bu tədbirlərin nəticəsi olaraq turizmin real inkişafı barədə danışıblar.

Forumda iştirak edən Qədim Sind vilayətinin təhsil, mədəniyyət və turizm naziri Sayed Sardar Ali Şah Azərbaycanın turizm sənayesində nail olunmuş inkişafı və həyata keçirilən tədbirləri yüksək qiymətləndirib.

Sərgidən sonra təşkil olunmuş ziyafətdə Azərbaycan haqqında qısametrajlı film təqdim edilib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Elütera adası - Karib dənizi ilə Atlantik okeanın görüş nöqtəsi adlanır

Redaktor seçimi

SON XƏBƏRLƏR