Slimfit
  1. İDMAN

Azərbaycan Tokio-2020 Yay Olimpiya Oyunlarına daha bir lisenziya qazanmağa yaxındır

Azərbaycan Tokio-2020 Yay Olimpiya Oyunlarına daha bir lisenziya qazanmağa yaxındır
Sakura

Azərbaycan Tokio-2020 Yay Olimpiya Oyunlarına daha bir lisenziya qazanmağa yaxındır

Malayziyada Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Tour of Peninsular 2019” yarışına yekun vurulub.

Report” xəbər verir ki, Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən 5 günlük yarışda Azərbaycan yığması 58 xal qazanıb. Olimpiadaya lisenziya xalı verən yarışlar oktyabrın 22-də başa çatacaq və reytinqin ilk 50 pilləsində yer alacaq ölkələr 4 illiyin zirvə yarışında iştirak hüququ qazanacaqlar.

Malayziyaya yola düşməzdən əvvəl olimpiya reytinqinin 44-cü pilləsində yer alan Azərbaycan yığma komandasının topladığı 58 xalla mövqeyini bir qədər də yaxşılaşdıracağı gözlənilir.

Qeyd edək ki, hazırda Azərbaycanın 9 olimpiya lisenziyası var. Güllə atıcısı Ruslan Lunyov, sərbəst güləşçi Şərif Şərifov (97 kq), qadın güləşçi Mariya Stadnik (50 kq), atletikanın çəkicatma növündə Anna Skidan, üzgüçü Maksim Şemberev (400 metr), idman gimnastikası üzrə Marina Nekrasova və İvan Tixonov, eləcə də bədii gimnastikada fərdi qaydada Zöhrə Ağamirova və qrup komandası Tokio-2020 XXXII Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məmmədbağır Bağırzadə (1950-2005) və Gülşən Qurbanova (1950-2006)

Redaktor seçimi

SON XƏBƏRLƏR