Slimfit
  1. MEDİA

Azərbaycan Texnologiya Universitetinə tanınmış kanadalı geoloq Robert Stivensin “Faydalı qazıntıların kəşfiyyatı və dağ-mədən sənayesinin əsasları” kitabları hədiyyə edilib

Azərbaycan Texnologiya Universitetinə tanınmış kanadalı geoloq Robert Stivensin “Faydalı qazıntıların kəşfiyyatı və dağ-mədən sənayesinin əsasları” kitabları hədiyyə edilib
Sakura

Azərbaycan Texnologiya Universitetinə tanınmış kanadalı geoloq Robert Stivensin “Faydalı qazıntıların kəşfiyyatı və dağ-mədən sənayesinin əsasları” kitabları hədiyyə edilib

Azərbaycan Texnologiya Universitetinə tanınmış kanadalı geoloq Robert Stivensin “Faydalı qazıntıların kəşfiyyatı və dağ-mədən sənayesinin əsasları” kitabları hədiyyə edilib. “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) təşəbbüsü və dəstəyi ilə tərcümə və nəşr olunan kitab təqdimat mərasimində UTECA-nı təmsil edən rektorun sənaye işləri üzrə müşaviri Aqil Eyvazova təqdim olunub. 

Kitabın elmi redaktoru Rasim İsmayılov bildirib ki, kitabın tərcümə və çap edilməsində əsas məqsəd faydalı qazıntıların öyrənilməsi, tədqiqi, səmərəli idarə olunmasıyla bağlı dünya elmində baş verən yenilikləri, əldə olunan müasir təcrübəni gənc mütəxəssislərə Azərbaycan dilində aşılayaraq bu sahədə dövlətimizin, elm və təhsil müəssisələrimizin həyata keçirdiyi ardıcıl fəaliyyətə töhfə verməkdir.

Aqil Eyvazov isə bildirib ki, Texnologiya Universitetinin yeni inkişaf strategiyasında dağ-mədən sənayesi üzrə kadr hazırlığı əsas punktlardan biridir və tanınmış kanadalı geoloq Robert Stivensin qələmə aldığı sözügedən kitab “AzerGold” sayəsində Texnologiya Universitetinin kadr hazırlığında, beynəlxalq təcrübə və qabaqcıl istehsal texnologiyalarının tədrisi və mənimsənilməsi baxımından UTECA tələbələri və gənc tədqiqatçıları üçün mühüm dərs vəsaiti olacaq. 

Tədbirdə “AzerGold” QSC-nin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Geoloji Kəşfiyyat Xidmətinin, Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin, eləcə də geologiya və dağ-mədən sahələrində müvafiq dövlət qurumlarının, elm və təhsil müəssəsisələrinin rəhbər şəxsləri, qocaman geoloqlar, akademik heyət və tələbələr iştirak ediblər.

Qeyd edək ki, “Faydalı qazıntıların kəşfiyyatı və dağ-mədən sənayesinin əsasları” kitabında dağ-mədən sənayesi haqqında ümumi təsəvvürlər, geologiya, faydalı qazıntı yataqları, texniki araşdırmalar, həmçinin mədənlərin idarə edilməsində maliyyə modelləri, eləcə də ekoloji tədbirlər barədə geniş və praktiki nümunələrlə zəngin məlumatlar izahlı şəkildə təqdim olunur. Kitabda, eyni zamanda iri dağ-mədən şirkətlərinin təcrübələri əsasında layihələrin idarəolunması modellərinə dair təhlillər aparılır, iri metal korporasiyalarının illik hesabatlarına istinadlar edilir.

Kitab respublikanın elmi kitabxanalarına, həmçinin geologiya və dağ-mədən sahələri üzrə ixtisasların tədrisini həyata keçirən digər universitetlərə də hədiyyə ediləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Aprel şəhidimiz Fəxrəddin Qurbanlı

Redaktor seçimi

SON XƏBƏRLƏR