Slimfit
  1. MEDİA

Azərbaycan Texnologiya Universitetində “Açıq qapı” günü keçirilib

Azərbaycan Texnologiya Universitetində “Açıq qapı” günü keçirilib
Sakura

Azərbaycan Texnologiya Universitetində “Açıq qapı” günü keçirilib

Azərbaycan Texnologiya Universitetində “Açıq qapı” günü keçirilib. İmtahanın gedişatını valideynlər, repetitorlar, media nümayəndələri ilə yanaşı UTECA-ya işgüzar səfər məqsədilə gələn Gürcüstanın Gəncədəki Baş konsulu Nikolaz İaşvili izləyib. Universitetin rektoru, professor Akif Süleymanov müşahidəçilərə bildirib ki, UTECA-da ümumi tələbələ sayı 2622 nəfərdir. İmtahanlarda isə 2618 tələbənin iştirakı nəzərdə tutulub. Bunun 135 nəfəri magistr, yerdə qalanı, yəni 2483 nəfəri isə bakalavrlardır. Ümumilikdə 229 imtahan qrupu üzrə 1306 imtahanın keçirilməsi planlaşdırılıb. Rektor əlavə edib ki, suallar bir ay əvvəldən tələbələrə verilir və tələbə həmin proqram əsasında hazırlaşaraq imtahanlarda iştirak edir.

UTECA-da imtahanlar əsasən test üsulu və yazılı olaraq keçirilir. Bu il pilot olaraq İqtisadiyyat fakültəsinin tələbələrinə ingilis dilindən şifahi imtahan təşkil edilib. Bu addım dil biliyi hazırlığında “listing”in vacibliyi nəzərə alınaraq atılıb.

Valideynlər və media nümayəndələri elektron, daha sonra yazılı imtahan keçirilən auditoriyalarda müşahidə apardıqdan sonra İmtahan Komisiyasının fəaliyyəti, eləcə də nəticələrin yoxlanma mexanizmi, obyektiv qiymətləndirmə sistemi ilə yaxından tanış olublar.

UTECA-da imtahan otaqları müşahidə kameraları ilə təchiz edilib. İmtahan Komisiyası yaradılıb. Tələbələr yaxud valideynlər hər hansı xoşagəlməz halla rastlaşarlarsa bu komisiyaya və ya universitetin “Qaynar xətt”inə, yaxud da rəsmi sosial şəbəkə hesablarına müraciət edə bilərlər.

Qeyd edək ki, hələ 2016-cı ildə Təhsil Nazirliyinin sifarişi ilə tələbələr arasında hazırlanan sorğuda Azərbaycan Texnologiya Universiteti ən şəffaf universitet statusu qazanıb. Bu statusu öz devizinə çevirən universitetin missiyası həm də çeviklik olub.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir şəklin tarixçəsi - Heydər Əliyev: “Mən o kişinin işinə qarışa bilmərəm” – Şuşa, 29 iyul, 1982-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR