Slimfit
  1. AZƏRBAYCAN

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də 2019-cu ilin yekunları ilə bağlı toplantı keçirilib

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də 2019-cu ilin yekunları ilə bağlı toplantı keçirilib
Sakura

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də 2019-cu ilin yekunları ilə bağlı toplantı keçirilib

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində (QSC) 2019-cu ilin yekunları ilə bağlı toplantı keçirilib. Bu barədə AZƏRTAC-a AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

QSC sədri Rövşən Məmmədov toplantıda il ərzində görülən işlərlə bağlı məlumat verib. Bu il QSC-də ümumilikdə 56 yeni verilişin açıldığını deyən R.Məmmədov yeni verilişlərin 32-sinin AzTV, 12-sinin Mədəniyyət TV, 12-sinin isə İdman TV-də fəaliyyət göstərdiyini bildirib.

Hesabatda o da qeyd edilib ki, hər 3 kanal (AzTV, Mədəniyyət TV və İdman TV) rebrendinq olunub, bütün qrafiklər yenilənib. İl ərzində QSC-də, həmçinin 32 yeni film hazırlanıb ki, onlardan 11-i siyasi, 25-i Telefilmin məhsulu olan bədii filmdir. Doqquz film isə istehsaldadır.

Bundan başqa il ərzində 17 yeni studiya tikilib. Xüsusən də yayım sistemini rəqəmsallaşdırmaq və HD sistemə keçid üçün yeni server sistemi və server otaqları quraşdırılıb ki, görülən işlər nəticəsində gələn il AzTV-ni HD yayım sisteminə keçirmək mümkün olacaq.

Diqqətə çatdırılıb ki, 16 HD kamerası və canlı bağlantıları təmin etmək üçün 2 ədəd “Dejero” markalı portativ strim avadanlığı alınıb. 69 ədəd mikrofon, 1 ədəd dron, 90 kompüter alınaraq istifadəyə verilib. Yaxın günlərə isə 10 yeni avtomobil də alınaraq avtotəsərrüfata təhvil veriləcək. 2019-cu il yanvar ayından noyabr ayına qədər müddətdə minə yaxın əməkdaşın əməkhaqqı artırılıb, qonorar artımı isə 96 faiz təşkil edib.

Uzun fasilədən sonra bu il Teleakademiyanın fəaliyyətində də irəliləyiş olduğu bildirilib. R.Məmmədov qeyd edib ki, Teleakademiyaya il ərzində 153 nəfər qəbul olunub ki, onlardan da 73-ü məzun adını qazanıb. Həmin məzunlardan 21-i müqavilə əsasında QSC-də işə qəbul olunub.

Daha sonra qarşıda duran məsələlərin həllinə toxunulub, yeni planlardan danışılıb. Bildirilib ki, QSC-də 3 mərtəbədən ibarət pavilyon və qonaq otaqlarının tikilməsi, TV binasında və radioda təmir-bərpa işlərinin həyata keçirilməsi, əməkdaşların qonorarlarının artırılması qarşıda duran planlara daxildir.

Rövşən Məmmədov deyib ki, görülən bütün işlərin və qarşıda duran strateji planların reallaşması, ilk növbədə, dövlətin Azərbaycan Televiziyasına xüsusi diqqət və qayğısından qaynaqlanır. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən il ərzində ayrılan vəsaitlər televiziyanın əməkdaşlarının maddi rifahının daha da yaxşılaşması, həmçinin zəruri texniki avadanlıqların alınması, TV-nin fəaliyyətinin keyfiyyət və məzmunca yeni inkişaf mərhələsinə qədəm qoyması baxımından mühüm önəm kəsb edir. Məhz bu diqqət və qayğı Azərbaycan TV və Radio Verilişləri QSC-ni öz işini daha peşəkar, məzmunlu və ən əsası, müasir prinsiplər üzərində qurmağa stimullaşdırır.

Sonda Azərbaycan Prezidenti tərəfindən təltif olunan bir qrup televiziya və radio əməkdaşının mükafatları təqdim edilib. Göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya QSC kollektivi adından minnətdarlıq bildirilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşada Molla Pənah Vaqifin ağacdan oyma heykəli -1985-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR