Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycan startapı Çində şirkət qismində qeydiyyatdan keçib

Azərbaycan startapı Çində şirkət qismində qeydiyyatdan keçib
Sakura

Azərbaycan startapı Çində şirkət qismində qeydiyyatdan keçib

Azərbaycanın “Horizon Next” startapı Çində şirkət qismində qeydiyyatdan keçib. Bunu ONA-ya startapın rəhbəri Rəşid Əliyev deyib.

Onun sözlərinə görə, Çin dövləti tərəfindən şirkətin istifadəsinə 5 illik müddətə yer ayrılıb, icra olunacaq layihəyə isə 15 min dollaradək qrant ayrılacaq.

“Söhbət görmə məhdudiyyətli və tamamilə görmə qabiliyyətini itirmiş uşaqlar üçün "Braille Teach" adlı qurğunun istehsalından gedir. Bu qurğuların müəyyən hissələri Azərbaycanda, elektronika hissəsi isə Çində istehsal olunacaq. Artıq İngiltərədən toplam olaraq 50 min ədəd "Braille Teach" qurğularının sifarişini almışıq. İyun-iyul aylarında sınaq nüsxələri bu ölkəyə göndəriləcək. Sentyabr ayında isə növbəti partiya yola salınacaq”, - deyə R. Əliyev bildirib.

Sözügedən qurğuların ABŞ, Ukrayna, Almaniya, Tacikistan, Qazaxıstan, Hindistan və eləcədə Çin bazarına ixracı gözlənilir. Qurğu qeyd olunan ölkələrin rəsmi dillərinə lokallaşdırılacaq.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

2014 MU69/Ultima Thule asteroidi - kosmik gəmilərin nə vaxtsa ziyarət etdiyi ən uzaq obyekt. Bu şəkil New Horizons aparatı tərəfindən çəkilib və 6,5 milyard məsafəyə ötürülmüşdür.

Redaktor seçimi

SON XƏBƏRLƏR