Azərbaycan SSR-in bayrağı
Azərbaycan SSR-in bayrağı 1920-ci ildə qəbul edilmişdir və sol yuxarı küncündə sarı aypara və ulduz olan qırmızı bayraq idi.
1921-ci ilin ikinci yarısından 1922-ci ilə qədər Azərbaycan SSR sarı kiril hərflərindən АССР (ASSR) yazılan qırmızı bayrağı istifadə etdi. 12 mart 1920-ci ildə Azərbaycan SSR Gürcüstan SSR və Ermənistan SSR-lə Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası adı altında birləşdi və bu 1936-cı ilə qədər davam etdi.
1937-ci ildə latın hərfləri ilə AzSSR qızıl oraq və çəkicin alt hissəsinə əlavə edildi. 1940-cı ildə latın AzSSR kiril АзССР ilə əvəz edildi. Azərbaycan SSR-in bayrağının axırıncı versiyası 7 oktyabr 1952-ci ildə qəbul edildi. Bu aşağı hissəsində horizontal göy zolaq olan SSRİ bayrağı idi.
Azərbaycan SSR-in bayrağının xronologiyası
Bayraq 1920-ci ildə
Bayraq 1920-1921-ci illərdə
Bayraq 1921-1922-ci illərdə
Bayraq 1922-ci ildə
Bayraq 1922-1924-cü illərdə
Bayraq 1924-cü ildə
Bayraq 1924-1925-ci illərdə
Bayraq 1929-cu ildə
Bayraq 1937-1940-cı illərdə
Bayraq 1940-1952-ci illərdə
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət