Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Bolqarıstanın Baş naziri ilə görüşüb

Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Bolqarıstanın Baş naziri ilə görüşüb
Sakura

Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Bolqarıstanın Baş naziri ilə görüşüb

Bolqarıstan Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov martın 12-də bu ölkənin Baş naziri Boyko Borisov ilə görüşüb.
Azərbaycan-Bolqarıstan dostluq münasibətlərinin inkişafından razılığın bildirildiyi görüşdə müxtəlif strukturlar, o cümlədən Müdafiə nazirlikləri arasında görüşlərin keçirilməsi yüksək qiymətləndirilib. Bunun ölkələrimiz arasındqa mövcud siyasi, iqtisadi, mədəni əlaqələrin, hərbi sahədə əməkdaşlığın tərəqqisi üçün yeni imkanlar açdığı ifadə edilib.
Tərəflər beynəlxalq terrorizm, ekstremizmin bütün növləri, təcavüzkar separatizm və beynəlxalq təhlükəsizliyə, sabitliyə təhdid təşkil edən faktorları pisləyib, onlara qarşı mübarizədə beynəlxalq səylərin effektivliyinin artırılmasının zəruriliyini də xüsusu vurğulayıblar.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də ətraflı fikir mübadiləsi aparılıb.

Mənbə: mod.gov.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sabirin satiralarından seçilmiş sözlərlə qurulub bu şəkil...

Redaktor seçimi

SON XƏBƏRLƏR