Dərc edildi: Baxış sayı: 406
Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri vəzifəsini tərk edir
"Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyinin sədri Mustafa Abbasbəyli vəzifəsini tərk edir.
"Report"un əldə etdiyi məlumata görə, sədr assosiasiyaya bu ilin sonuna qədər rəhbərlik edəcək.
Gələn ildən ASA-nın idarə edilməsində dəyişiklik olacaq. Assosiyasiyanın üzvü olan sığorta şirkətlərinin rəhbərlərindən ibarət Müşahidə Şurasının formalaşdırılması, hər bir rəhbər şəxsin ASA-ya 1 il müddətində rəhbərlik edəcəyi gözlənilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət