Slimfit
  1. CƏMİYYƏT

Azərbaycan sərhədlərini keçmək istəyən 11 şəxsin sənədlərinin saxtalaşdırıldığı aşkarlanıb

Azərbaycan sərhədlərini keçmək istəyən 11 şəxsin sənədlərinin saxtalaşdırıldığı aşkarlanıb
Sakura

Azərbaycan sərhədlərini keçmək istəyən 11 şəxsin sənədlərinin saxtalaşdırıldığı aşkarlanıb

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) tərəfin­dən sər­həd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sər­­həd müha­fizə tədbirləri davam etdirilir.

DSX-dən "Report"a verilən məlumata görə, Sərhəd Nəzarətinin əməkdaşlarının sayıqlığı və peşəkarlığı nəticə­sində son gün­lərdə 13 halda dövlət sərhədini qanunsuz keçmək cəhdlərinin qarşısı alınıb, 2 şəxsin üzərində narkotik vasitələr aşkarlanıb, 11 şəxsin sənədlərinin saxtalaşdırılması halları müəyyən edilib.

30 dekabr tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda İstanbul-Bakı reysi ilə uçub gələn İran vətəndaşı, 1978-ci il təvəllüdlü Ghasemianlialkoli Maghsoud Normohammadin sənədlərinin qismən saxta, Bakı-İstanbul reysi ilə uçub gedən Pakistan vətəndaşı, 1998-ci il təvəllüdlü Fazl Ullahın təqdim etdiyi pasportda Kuba vizasının tam saxta olması müəyyən edilib.

3 yanvar tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda İstanbul-Bakı reysi ilə uçub gələn İran vətəndaşı, 1991-ci il təvəllüdlü Masoumlou Masoudun sənədinin tam saxta olması, “Samur” dövlət sərhə­dindən buraxılış məntəqəsində Rusiyadan ölkəmizə gələn Özbəkistan vətən­daşları - 1996-ci il təvəllüdlü Baxramcanov Donuyerbek və 1969-cu il təvəllüdlü Cəlalov Axlidin pasportlarının qısmən saxtalaşdırılması aşkar olunub.

4 yanvar tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda İstanbul-Ba­kı reysi ilə uçub gələn İran vətəndaşı, 1991-ci il təvəllüdlü Razi Zergani Moayadın Küveytə məxsus pasportunun qismən saxta olması, Moskva-Bakı reysi ilə uçub gə­lən Ukrayna vətəndaşı, 1987-ci il təvəllüdlü Salimov Orkhanın sənədinin saxtalaşdırılması müəyyən olunub.

8 yanvar tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Tehran-Bakı reysi ilə uçub gələn İran vətəndaşı, 1994-cü il təvəllüdlü Farghi Alamdari Shayanın pasportunda Almaniyaya məxsus Şengen vizasının, Bakı-Kiyev reysi ilə uçub gedən Pakistan vətəndaşı, 1997-ci il təvəllüdlü Raza Hassanın pas­por­tun­da Almaniyaya məxsus daimi yaşayış vizasının və İran vətəndaşı, 1998-ci il təvəllüdlü Jahangiri Farhadın Yunanıstan pasportunun qismən saxta olması, İstanbul-Bakı reysi ilə uçub gələn İran vətəndaşı, 1988-ci il təvəllüdlü Varmazyar Soheilanın Böyük Britaniya pasportu və İD kartının özgəsinə məxsus olması müəyyən edilib.

3 yanvar tarixində Astara SNM-də İran İslam Respublikasından ölkə­mizə gələn İİR vətəndaşı, 1975-ci il təvəllüdlü Feiziarbabi Leilanın daxili orqan­larında 53 qram metamfetamin və 91 qram heroin, AR vətəndaşı, 1969-cu il təvəllüdlü Astara sakini İbadova Zülfiyyə Tərlan qızının üzərindən 177 qram heroin aşkar olunub.

Saxlanılan şəxslər barəsində müvafiq təd­bir­lər həyata keçirilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR