Dərc edildi: Baxış sayı: 356
Azərbaycan şərabları mükafata layiq görülüb
Azərbaycan şərabları Çinin Urumçi şəhərində keçirilən “6-cı Çin-Avrasiya” Sərgisində mükafatlandırılıb.
İqtisadiyyat Nazirliyindən "Report"a verilən məlumata görə, nazirliyin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Azərbaycanın Çindəki Ticarət Nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycanın qabaqcıl şərab istehsalçıları dünyanın nüfuzlu şərab şirkətlərinin iştirakı ilə keçirilən “İnternational Wine Challenge” müsabiqəsi çərçivəsində “Şanxay Beynəlxalq Şərab Yarışın”da iştirak ediblər.
Müsabiqə qaydalarına uyğun olaraq, Azərbaycanın şərabları dequstasiyadan keçirilib və yüksək mükafata layiq görülüb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət