Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycan şərabının Rusiyaya ixracına hazırlıqlar gedir

Azərbaycan şərabının Rusiyaya ixracına hazırlıqlar gedir
Sakura

Azərbaycan şərabının Rusiyaya ixracına hazırlıqlar gedir

Azərbaycan istehsalı olan şərab məhsullarının Rusiya Federasiyasına ixracının əlverişli şəkildə həyata keçirilməsi məqsədilə Azərbaycan-Rusiya dövlət sərhədinin qarşı tərəfdəki gömrük keçid məntəqəsi ərazisində aksiz postu yaradıla bilər.

FED.az xəbər verir ki, bu barədə Xaçmazda Dövlət Gömrük Komitəsi və Rusiya Federasiyası Federal Gömrük Xidmətinin nümayəndələrinin işçi görüşündə məlumat verilib.

Bildirilib ki, məsələ ilə bağlı Rusiya tərəfi aidiyyəti dövlət qurumlarına müvafiq müraciət təqdim edəcək. Qısa zamanda aksiz postunun yaradılmasına münasibət bildiriləcəyi qeyd edilib.

Görüşdə həmçinin, malların mənşəyi barədə elektron sertifikatlar sisteminin yaradılmasına dair məsələlər də müzakirə olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Abdulla Şaiq ailəsi ilə, 1925-ci il...

Redaktor seçimi

SON XƏBƏRLƏR