Slimfit
  1. İDMAN

Azərbaycan şahmatçısı Günay Məmmədzadə Əbu-Dabidə open turnirin qalibi oldu

Azərbaycan şahmatçısı Günay Məmmədzadə Əbu-Dabidə open turnirin qalibi oldu
Sakura

Azərbaycan şahmatçısı Günay Məmmədzadə Əbu-Dabidə open turnirin qalibi oldu

Azərbaycan şahmatçısı Günay Məmmədzadə Əbu-Dabidə 25-ci beynəlxalq şahmat festivalının əsas turnirində birinci yeri tutub.

AZƏRTAC xəbər verir ki, beynəlxalq yarışda 32 ölkədən 158 şahmatçı, o cümlədən 50 qrossmeyster iştirak edib. Beynəlxalq dərəcəli usta Günay Məmmədzadə (Azərbaycan) və Gülruxbegim Tohirconova (Özbəkistan) mümkün 9 xaldan hərəyə 5,5 xal toplamaqla ən yaxşı nəticəni göstəriblər. İkinci əlavə göstəriciyə (rəqiblərin orta reytinqi) əsasən Azərbaycan təmsilçisi qalib olub, özbəkistanlı şahmatçı isə ikinci yeri tutub.

Kişilər arasında Daniil Dubov (Rusiya), Anton Korobov (Ukrayna) və Saleh Salem (BƏƏ) 9 mümkün xaldan hərəyə 7,5 xal toplayaraq ən yaxşı nəticəni göstəriblər. Azərbaycan şahmatçısı, FIDE ustası Rəvan Əliyev 4 xal toplayıb.

“B” qrupunda FIDE reytinqi 2200 əmsaldan yüksək olmayan 231 şahmatçı iştirak edib. Azərbaycan təmsilçisi Fərid Mustafayev 7 xal toplayıb və liderlərdən – Camal Ovezdurdiyev (Türkmənistan) və Kazıbek Umbetovdan (Qazaxıstan) 1 xal geri qalıb.

Yarışlar İsveçrə sistemi üzrə keçirilib və 9 turdan ibarət olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncəli kişilər məşhur Şah Abbas məscidi qarşısında. 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR