Slimfit
  1. İDMAN

Azərbaycan şahmatçısı Avropa çempionatında erməniyə qalib gəlib

Azərbaycan şahmatçısı Avropa çempionatında erməniyə qalib gəlib
Sakura

Azərbaycan şahmatçısı Avropa çempionatında erməniyə qalib gəlib

Şimali Makedoniyanın paytaxtı Skopyedə şahmat üzrə şəxsi Avropa çempionatında IX turun matçları başa çatıb. ONA-nın məlumatına görə, oyunlar Azərbaycan millisinin üzvləri üçün uğurlu alınıb. 

Təmsilçilərimizdən 4-ü çıxışını qələbə ilə bitirib, 2-si heç-heçə oynayıb. Eltac Səfərli ermənistanlı Manuel Petrosyanı məğlub edib. O, bu qələbə sayəsində 55-ci yerə yüksəlib. Rauf Məmmədov, Məhəmməd Muradlı və Abdulla Qədimbəyli də turu 1 xalla başa vurub.

Avropa çempionatı
IX tur

Eltac Səfərli (2662) – Manuel Petrosyan (Ermənistan, 2564) - 1:0
Rauf Məmmədov (2701) – Konstantinos Meqalios (Yunanıstan, 2416) - 1:0
Viktor Matvişen (Ukrayna, 2490) - Kənan Qarayev (2368) – 1:0
Duşan Radovanoviç (Serbiya) - Məhəmməd Muradlı (2444) - 0:1
Luja Osmak (Ukrayna, 2399) - Ülvi Sadıqov (2488) - 0,5:0,5
Cahandar Azadəliyev (1863) - Lidiya Tomaşevskaya (Rusiya, 2112) - 0,5:0,5
Metodi Stoynev (Bolqarıstan) - Abdulla Qədimbəyli (2404) – 0:1

Turnir cədvəli: 1. Kasper Piorun (Polşa), 2. Maksim Rotşteyn (İsrail), 3. Vladislav Artemiyev (Rusiya) - hamısı 7 xal, ...55. Eltac Səfərli - 6, ...124. Rauf Məmmədov -5, ...189. Məhəmməd Muradlı, ....204. Ülvi Sadıqov – 4,5, ...236. Kənan Qarayev, ...248. Abdulla Qədimbəyli – 4, ...355. Cahandar Azadəliyev - 3. 

Qeyd edək ki, 11 turdan ibarət olan yarış martın 29-da başa çatacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

H.Z.Tağıyevin imzası.

Redaktor seçimi

SON XƏBƏRLƏR