Slimfit
  1. İDMAN

Azərbaycan şahmat yığması bu gün İngiltərə komandası ilə qarşılaşacaq

Azərbaycan şahmat yığması bu gün İngiltərə komandası ilə qarşılaşacaq
Sakura

Azərbaycan şahmat yığması bu gün İngiltərə komandası ilə qarşılaşacaq

Qazaxıstanın paytaxtı Astanadakı şahmat üzrə komandalararası dünya çempionatında bu gün II turun görüşləri keçiriləcək.

"Report"un məlumatına görə, Azərbaycan millisi İngiltərə ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 13:00-da başlanacaq.

İlk turda Azərbaycan Çinə 0,5:3,5 hesabı ilə uduzduğu halda, İngiltərə Qazaxıstana qalib gəlib - 2,5:1,5.

Azərbaycan çempionata Arkadi Naydiç, Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli və Nicat Abbasovla, İngiltərə isə Maykl Adams, Luk Makşeyn, Devid Hauell, Qaveyn Cons və Conatan Spilmenlə təmsil olunur.

II turda İsveç - Qazaxıstan, ABŞ - Çin, Rusiya - Misir və Hindistan - İran qarşılaşmaları da oynanılacaq.

Qeyd edək ki, ilk turdan sonra Çin, Hindistan, ABŞ, Rusiya və İngiltərə hərəyə 2 xalla ilk 5 pillədə qərarlaşıb. Sonrakı 5 pillədə isə Qazaxıstan, İran, Misir, İsveç və Azərbaycan qərarlaşıb.

Dünən kişi şahmatçılardan ibarət Azərbaycan millisi Qazaxıstanın paytaxtı Astanada komandalararası dünya çempionatının ilk turunda Çin yığması ilə üz-üzə gəlib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşada Molla Pənah Vaqifin ağacdan oyma heykəli -1985-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR