Azərbaycan Rusiyanın iri şəhərlərində şərab və çay evləri şəbəkəsi açacaq
Azərbaycan Rusiyada ticarət evləri şəbəkəsi formalaşdırmaq niyyətindədir.
Bunu Trend-ə Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyev deyib.
Onun sözlərinə görə, hazırda texniki-iqtisadi əsaslandırma işləri hazırlanır ki, bu, təsdiq olunduqdan sonra işlər daha da fəal həyata keçiriləcək:
Bu evlərin yerləri barədə danışan R.Əliyev deyib ki, bu istiqamətdə daşınmaz əmlak agentlikləri ilə işlər aparılır, təkliflər öyrənilir:
“Şərab və çay evlərininn Moskva, Yekaterinburq və Sankt-Peterburqda açılması nəzərdə tutulur. Azərbaycanın çay məhsulları Rusiya bazarında bir neçə ildir ki, təmsil olunur. Şərab məhsullarına gəldikdə isə, ucuz şərab seqmentindən fərqli olaraq yerli premium tipli şərab Rusiya bazarında bri az əvvəl peyda olub”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət