Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının Moskva görüşü başa çatıb

Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının Moskva görüşü başa çatıb
Sakura

Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının Moskva görüşü başa çatıb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Rusiyanın XİN başçısı Sergey Lavrov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın Moskva görüşü başa çatıb.

"Report"un Rusiya bürosunun məlumatına görə, görüş daha sonra ATƏT-in Minsk qrupu həmsədrləri İqor Popov (Rusiya), Stefano Viskonti (Fransa), Andrü Şaferin (ABŞ) iştirakı ilə davam etdirilib. 


*** 13:29

*** 12:30

Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov ilə Zöhrab Mnatsakanyan arasında görüş başlayıb.

"Report"un Rusiya bürosunun məlumatına görə, görüş Rusiya Xarici İşlər Nazirliyinin iqamətgahında keçirilir.

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədr ölkəsinin xarici işlər naziri kimi, Rusiyanın XİN başçısı Sergey Lavrov da iştirak edir.

*** 

S.Lavrov azərbaycanlı və erməni həmkarlarını qarşılayıb. XİN başçıları salamlaşıblar. Sonra hər üç ölkənin nazirləri birgə foto çəkdiriblər.

Daha sonra isə E.Məmmədyarov, S.Lavrov və Z.Mnatsakanyan arasında görüş başlayıb. Mətbuata qapalı keçirilən toplantıda Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi müzakirə olunur.

Görüşün sonunda Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin və ATƏT-in Minsk qrupu həmsədrlərinin birgə bəyanat yayacağı gözlənilir.

İqbal Rüstəmov

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Elütera adası - Karib dənizi ilə Atlantik okeanın görüş nöqtəsi adlanır

Redaktor seçimi

SON XƏBƏRLƏR