Slimfit
  1. SİYASƏT

Azərbaycan, Rusiya və Ermənistan Baş prokurorlarının üçtərəfli görüşü keçirilib

Azərbaycan, Rusiya və Ermənistan Baş prokurorlarının üçtərəfli görüşü keçirilib
Sakura

Azərbaycan, Rusiya və Ermənistan Baş prokurorlarının üçtərəfli görüşü keçirilib

Rusiyanın Sankt-Peterburq şəhərinin Taurid sarayında Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev, Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnov və Ermənistanın baş prokuroru Anna Vardapetyan arasında üçtərəfli görüş keçirilib.

"Ens.az" “Report”a istinadla  xəbər verir ki, görüşdə çıxış edən İqor Krasnov deyib ki, tədbir 2021-ci ildən bəri analoji formatda keçirilən beşinci görüş olub. Əvvəlki üçtərəfli görüş 2022-ci ilin dekabrında Moskvada keçirilib və bu görüş zamanı Azərbaycan, Rusiya, Ermənistan prokurorluqlarının rəhbərləri əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Peşəkar dialoqun davam etdirilməsi üçün qarşılıqlı hazırlığı yüksək qiymətləndirən İqor Krasnov gələcək əməkdaşlığın qurulmasına konstruktiv yanaşmaya görə hər iki tərəfə təşəkkür edib.

“Bildiyiniz kimi, bir aydan az əvvəl dövlətlərimizin başçılarının növbəti görüşü oldu. Görüşdə Azərbaycan, Ermənistan və Rusiya liderləri sərhəd bölgəsinin həyat təminatının normallaşdırılması ilə bağlı bir sıra aktual məsələlər üzrə qarşılıqlı məqbul həllərin işlənib hazırlanması barədə razılığa gəliblər.

Bu baxımdan, bizim daimi təmaslarımızı davam etdirməyimizi, regionda sülhün, təhlükəsizliyin və davamlı iqtisadi inkişafın təmin edilməsi, Azərbaycan-Ermənistan münasibətlərinin sabitləşdirilməsi vəzifələrinin yerinə yetirilməsi üçün əldə edilmiş razılaşmaların həyata keçirilməsi kursunu izləməyimizi son dərəcə vacib hesab edirəm.

Şəxsən mən və bütün tabeliyində olanlar, o cümlədən sərhəd bölgəsində dislokasiya olunmuş hərbi prokurorlar Azərbaycan və Ermənistan tərəfləri arasında konstruktiv qarşılıqlı fəaliyyəti təmin etmək üçün bundan sonra da lazımi köməklik göstərəcəyik. Eyni zamanda, gərginliyin artmasının qarşısının alınmasını əsas vəzifə kimi görürəm. Əminəm ki, birgə səylərlə biz regionun ahəngdar inkişafı və orada yaşayan hər kəs üçün layiqli həyat üçün təhlükəsiz şərait yarada biləcəyik”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Belçikada göy meşə.

Redaktor seçimi

SON XƏBƏRLƏR