Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycan “Rusiya enerji həftəsi”ndə təmsil olunacaq

Azərbaycan “Rusiya enerji həftəsi”ndə təmsil olunacaq
Sakura

Azərbaycan “Rusiya enerji həftəsi”ndə təmsil olunacaq

Energetika naziri Pərviz Şahbazov Rusiya Federasiyasının energetika naziri Aleksandr Novakın dəvəti ilə “Rusiya enerji həftəsi” adlı Beynəlxalq Forumda iştirak üçün Moskvaya səfər edib.

"Kommersant.az" xəbər verir ki, energetika nazirinin oktyabrın 3-də “Rusiya Enerji Həftəsi”ndə “Energetikanın tənzimlənməsində effektivlik: ölkələrin ümumi və fərqli yanaşmaları“ mövzusunda çıxışı nəzərdə tutulub.

Oktyabrın 3-7-də keçiriləcək tədbirdə Rusiya Prezidenti Vladimir Putinlə yanaşı,bir çox ölkələrin yüksək səviyyəli hökumət nümayəndələri, yerli və beynəlxalq enerji şirkətlərinin rəsmiləri iştirak edəcəklər.

Pərviz Şahbazov həmçinin “Simens” şirkətinin “Rusiya Enerji Həftəsi”ndə təşkil olunan “Enerji sisteminin gələcəyi” adlı tədbirinə də qatılacaq.

Qeyd edək ki, Azərbaycanla Rusiya arasında energetika, neft-qaz sahələrində sıx əlaqələr mövcuddur və bu əməkdaşlıq yeni layihələrlə möhkəmləndirilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Borneo adasında bam-balan adlı qeyri-adi meyvə var. Xarici görünüşünə görə tünd rəngli malayziya manqosuna, dadı isə smetanla olan borşa oxşayır.

Redaktor seçimi

SON XƏBƏRLƏR