Slimfit
  1. MEDİA

Azərbaycan-Rusiya elmi əlaqələrində yeni addımlar

Azərbaycan-Rusiya elmi əlaqələrində yeni addımlar
Sakura

Azərbaycan-Rusiya elmi əlaqələrində yeni addımlar

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Rusiya Elmlər Akademiyası Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun direktoru, müxbir üzv Vadim Polonskinin rəsmi dəvəti ilə həmin institutun elmi şurasında «Azərbaycan-Rusiya ədəbi əlaqələri: ənənələr, reallıqlar və perspektivlər» mövzusunda elmi məruzə ilə çıxış edib.

Məruzədə Azərbaycan-Rusiya ədəbi əlaqələrinin inkişaf mərhələləri və əsas istiqamətlərindən, əldə edilmiş mühüm elmi nəticələrdən və qarşıda duran vəzifələrdən bəhs olunub.

Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun direktoru, REA-nın müxbir üzvü Vadim Polonskinin giriş sözündə akademik İsa Həbibbəylinin çoxcəhətli elmi fəaliyyəti haqqında elmi şura üzvlərinə məlumat verilib.

Məruzə ətrafındakı müzakirələrdə akademik Aleksandr Kudelin, filologiya elmləri doktoru, professor Kazbek Sultanov, filologiya elmləri doktoru, professor Andrey Kofman, Azərbaycan Yazıçılar Birliyi Moskva bölməsinin rəhbəri, filologiya elmləri doktoru, professor Abuzər Bağırov, filologiya elmləri doktoru, professor Salidə Şərifova, filologiya elmləri namizədi Lyubov Turbina və başqaları çıxış ediblər. Elmi məruzənin Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun «Elmi əsərlər» jurnalında çap edilməsi tövsiyə olunub.

Bundan başqa, Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun rəhbərliyi ilə keçirilmiş görüşdə ikitərəfli əməkdaşlıqla əlaqədar məsələlər nəzərdən keçirilib. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun və Maksim Qorki adına Ədəbiyyat İnstitutunun «Elmi əsərlər» jurnallarının hər iki ölkənin ədəbiyyatlarına həsr edilmiş xüsusi buraxılışının hazırlanıb çap edilməsi qərara alınıb.

Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutuna üzərində Milli Elmlər Akademiyasının emblemi həkk olunmuş Azərbaycan xalçası hədiyyə edilib. Qarşılıqlı surətdə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna görkəmli rus rəssamı S.Kutuzovun çəkdiyi rəsm əsəri bağışlanıb.

Səfər çərçivəsində AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Rusiya Elmlər Akademiyasının İctimai Elmlər üzrə vitse-prezidenti, akademik Taliya Xabriyeva ilə də görüşüb.

Görüş zamanı Azərbaycan Milli Elmlər Akademiyası və Rusiya Elmlər Akademiyasının 2020-ci ildə Xəzəryanı ölkələrin elmlər akademiyaları ilə birlikdə keçirilməsi qərara alınmış «Xəzər dialoqu» beynəlxalq forumunun təşkili ilə əlaqədar məsələlər müzakirə olunub.

Müzakirələrdə Rusiya Elmlər Akademiyası prezidentinin koordinatoru, hüquq elmləri doktoru, professor Rəşad Qarbanov iştirak edib.

Moskvada «Художественная литература» nəşriyyatında akademik İsa Həbibbəylinin rus dilində 415 səhifədən ibarət «Ədəbiyyat, zaman və müasirlik» adlı kitabı çapdan çıxıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyanın ən bahalı evini Frenk Bakli tikib. İrland dizayneri tikinti materialı əvəzinə puldan istifadə edib

Redaktor seçimi

SON XƏBƏRLƏR