Slimfit
  1. MƏDƏNİYYƏT

Azərbaycan rəssamlarının “Respublika satış sərgisi” təşkil ediləcək

Azərbaycan rəssamlarının “Respublika satış sərgisi” təşkil ediləcək
Sakura

Azərbaycan rəssamlarının “Respublika satış sərgisi” təşkil ediləcək

İyunun 14-də “Baku Crystall Hall”da Mədəniyyət Nazirliyi, Dövlət Rəsm Qalereyası və Rəssamlar İttifaqının təşkilatçılığı ilə Azərbaycan rəssamlarının “Respublika satış sərgisi” keçiriləcək.

AZƏRTAC xəbər verir ki, sərgi bu il martın 1-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın görkəmli mədəniyyət xadimlərinin bir qrupu ilə görüşündə SSRİ Xalq rəssamı Tahir Salahovun irəli sürdüyü ümumrespublika təsviri sənət sərgisinin keçirilməsi təklifi əsasında həyata keçirilir.

Tədbirdə əsas məqsəd özünəməxsus tarixə və ənənələrinə malik olan Azərbaycan incəsənətinin bugünkü səviyyəsini ən qiymətli sənət nümunələri əsasında sərgiləməkdən ibarətdir.

Sərgidə Azərbaycanın tanınmış rəssamları ilə yanaşı, orta və gənc nəsil, həmçinin regionlarda yaşayan istedadlı rəssamların rəngkarlıq, qrafika, heykəltəraşlıq əsərlərinin nümayişi nəzərdə tutulur.

Ekspozisiyada XX əsrin 90-cı illərində müstəqilliyimiz şəraitində milli mədəniyyətin, o cümlədən təsviri sənətin inkişafında yer tutmuş sənətkarların yaradıcılığı ilə bərabər romantik əsərlər, Azərbaycan folkloru və miniatürlə bağlı dekorasiyalar, divar rəsmləri və illüstrasiyalar, portret silsilələri öz əksini tapacaq.

Qeyd edək ki, iyunun 28-dək davam edəcək sərgiyə giriş sərbəstdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu gün pələnglərin ən məşhur müdafiəçilərindən biri məşhur Hollivud ulduzu Loenardo Di Kapriodur. O Rusiyaya gələrək, Amur pələnglərin müdafiəsi üçün 1 milyon dollar bağışlayıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR