Azərbaycan Respublikası avtomobil dövlət qeydiyyat nişanı
Azərbaycan Respublikası avtomobil dövlət qeydiyyat nişanı — nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı Azərbaycan Respublikasının ərazisində və ya onun hüdudlarından kənarda yol hərəkətində olan hər bir nəqliyyat vasitəsini fərqləndirən, onun qabaq və arxa hissələrində (motosikletlərdə, traktorlarda və qoşqularda isə yalnız arxa hissəsində) müəyyən edilmiş yerlərdə bərkidilmiş xüsusi lövhə.
Tarixi
SSRİ dövründə Azərbaycanda avtomobillərin qeydiyyatı SSRİ standartlarına uyğun olaraq, avtomobillər üçün АГ, АЖ və АЗseriyalarından, qoşqu vasitələri üçün АЗ və АУ seriyalarından istifadə olunmuşdur.
Müstəqillik əldə olunduqdan sonra avtomobillərin qeydiyyat nömrəsi dəyişilərək «RRHRR AZ» formatına keçdi. İlk iki nömrə avtomobilin seriya nömrəsinin qeydiyyat rayonunu bildirirdi.
1993-cü ildə seriya nömrələrinin qeydiyyatında dəyişiklik edildi. 1991-ci ildəki qeydiyyat formatına bir hərf əlavə edildi, rəqəmlər ilə hərflər bir-birindən defislə ayrıldı, sağda olan "AZ" indeksi sol tərəfə yerləşdirildi və indeksin yuxarısında Azərbaycan bayrağı qeyd olundu.
2011-ci ildə seriya nömrəsinin görünüşü bir qədər dəyişdirildi: Azərbaycan bayrağı düzbucaqlı formada əks olundu (əvvəllər bayraq "dalğalı" formasında idi), həmçinin nömrələrə açıq-boz düzbucaqlı dördbucaq formasında qoruyucu çiplər yerləşdirildi. Bircərgəli nömrə nişanlarında çip, sol alt küncdə, ikicərgəli nömrə nişanlarında sağ üst hissədə (faktiki olaraq "AZ" kodu bu çiplərin üzərində yerləşir) qoyulur.
Növləri
- Avtomobil, avtobuslar, qoşqu vasitələri.
Ağ fonda qara simvollardan istifadə olunur. Format - iki rəqəm (region kodu), iki hərf və üç rəqəm; qruplar defislə bölünür. Nömrənin sol hissəsində Azərbaycan bayrağı və düzbucaqlı dördbucaqda "AZ" avtomobil ölkə kodu yerləşir. Dövlət nömrə nişanının ikicərgəli variantında kodla bayraq daha yaxın sol yuxarı küncdə yerləşir, yuxarı sırada qeydiyyat regionunu bildirən iki rəqəm, altda isə hərfi seriya və üç rəqəm yerləşir. İkicərgəli nömrələrdə defislərdən istifadə olunmur.
Hüquqi şəxsin adına qeydiyyata alınan nömrələrin hərf seriyasının ilk hərfi A ilə başlayır.
Qoşqu vasitələri üçün hərf seriyasının ilk hərfi Z olan nömrələrdən istifadə olunur.
YP hərfi seriyası Dövlət yol polisinin nəqliyyat vasitələrində istifadə olunur.
- Sərnişin daşınmalarını həyata keçirən nəqliyyat vasitələri üçün nömrələr.
Göy fonda ağ simvollardan istifadə olunur. Hərf seriyasının ilk hərfi - 'T 'ilə başlayır.
- Motosikllər üçün nömrə nişanları.
Ağ fonda qara simvollardan istifadə olunur. İkicərgəli olan nömrə nişanlarının, sol üst küncdə Azərbaycan bayrağı və "AZ" kodu yerləşir. Yuxarı sırada iki rəqəm (region kodu) və defis vasitəsilə ayrılmış bir hərf, aşağı hissədə üç rəqəm yerləşir.
- Xüsusi texnika nömrələri.
Motosiklet nömrələrinə çox oxşardır, yalnız defis vasitəsilə ayrılmış bir hərf və üç rəqəm alt hissədə, region kodu isə üst hissədə yerləşir.
- Tranzit nömrələr.
Ağ fonda qara simvollardan istifadə olunur. İki hərf, üç rəqəmdən (defissiz) ibarətdir. Sol tərəfdə ensiz yaşıl zolaq yerləşir. Bu zolaqla kəsr formalı "AZ" (surətdə) və "TR" (məxrəcdə) kodları qeyd olunub. Xırda şriftlərlə qeyd olunan rəqəmlər region kodunu bildirir.
- Ölkənin ali rəhbərliyinin nömrə nişanları.
Bu nömrə nişanı növü adi avtomobil nömrələrinə oxşardır, amma nömrələrdə defislər yoxdur. Nömrənin sol hissəsindəki bayraq mərkəzə (hərfi seriyanın və üç rəqəmin arasında) köçülmüşdür və lövhənin enini əhatə edir.
- Xarici vətəndaşlar üçün nömrələr.
Açıq-narıncı fonunda qara simvollardan istifadə olunur. Nişan — bir hərf və altı rəqəmdən (ikicərgəli nömrədə hərf yuxarı sırada yerləşir, rəqəmlər aşağı sırada yerləşir)və solda dövlət bayrağı və "AZ" kodundan ibarətdir.
Hərflər:
M — avtomobil xarici şirkətin nümayəndəliyinin əməkdaşına aiddir;
H — avtomobil xarici vətəndaşa aiddir;
P — avtomobil ölkədən ixrac üçün nəzərdə tutulmuşdur.
- Diplomatik nömrə nişanları.
Qırmızı fonda ağ simvollarla yerinə yetirilir. Nişan — hərf(lər) dörd/beş rəqəmdən ibarətdir. Birinci üç rəqəm nümayəndəliyin ölkəsini ifadə edir; ikicərgəli nömrələrdə hərf üst sırada, rəqəmlər alt sırada yerləşir.
Region kodları
Avtomobil seriya nömrələrinin region kodları əlifba sırası ardıcılığı ilə (istisnalar mövcuddur) təyin olunub.
- 01 - Abşeron rayonu
- 02 - Ağdam rayonu
- 03 - Ağdaş rayonu
- 04 - Ağcabədi rayonu
- 05 - Ağstafa rayonu
- 06 - Ağsu rayonu
- 07 - Astara rayonu
- 08 - Balakən rayonu
- 09 - Bərdə rayonu
- 10, 90 - Bakı
- 11 - Beyləqan rayonu
- 12 - Biləsuvar rayonu
- 13 - təyin olunmayıb
- 14 - Cəbrayıl rayonu
- 15 - Cəlilabad rayonu
- 16 - Daşkəsən rayonu
- 17 - Şabran rayonu
- 18 - Şirvan
- 19 - Füzuli rayonu
- 20 - Gəncə
- 21 - Gədəbəy rayonu
- 22 - Goranboy rayonu
- 23 - Göyçay rayonu
- 24 - Hacıqabul rayonu
- 25 - Göygöl rayonu
- 26 - Xankəndi
- 27 - Xaçmaz rayonu
- 28 - Xocavənd
- 29 - Xızı rayonu
- 30 - İmişli rayonu
- 31 - İsmayıllı rayonu
- 32 - Kəlbəcər rayonu
- 33 - Kürdəmir rayonu
- 34 - Qax rayonu
- 35 - Qazax rayonu
- 36 - Qəbələ rayonu
- 37 - Qobustan
- 38 - Qusar rayonu
- 39 - Qubadlı rayonu
- 40 - Quba rayonu
- 41 - Laçın rayonu
- 42 - Lənkəran
- 43 - Lerik rayonu
- 44 - Masallı rayonu
- 45 - Mingəçevir
- 46 - Naftalan
- 47 - Neftçala rayonu
- 48 - Oğuz rayonu
- 49 - Saatlı rayonu
- 50 - Sumqayıt
- 51 - Samux rayonu
- 52 - Salyan rayonu
- 53 - Siyəzən rayonu
- 54 - Sabirabad rayonu
- 55 - Şəki rayonu
- 56 - Şamaxı rayonu
- 57 - Şəmkir rayonu
- 58 - Şuşa rayonu
- 59 - Tərtər rayonu
- 60 - Tovuz rayonu
- 61 - Ucar rayonu
- 62 - Zaqatala rayonu
- 63 - Zərdab rayonu
- 64 - Zəngilan rayonu
- 65 - Yardımlı rayonu
- 66 - Yevlax rayonu
- 67 - Babək rayonu(Naxçıvan MR)
- 68 - Şərur rayonu(Naxçıvan MR)
- 69 - Ordubad rayonu(Naxçıvan MR)
- 70 - Naxçıvan MR Dövlət avtomobilləri nömrə nişanı
- 71 - Şahbuz rayonu(Naxçıvan MR)
- 72 - Culfa rayonu(Naxçıvan MR)
- 73 - Sədərək rayonu (Naxçıvan MR)
- 74 - Kəngərli rayonu(Naxçıvan MR)
- 75, 85 - Naxçıvan(Naxçıvan MR)
- 99 - Ümumölkə kodu.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət