Slimfit
  1. İDMAN

Azərbaycan Qran Prisinin bilet satışında iki dəfəyədək artım qeydə alınıb

Azərbaycan Qran Prisinin bilet satışında iki dəfəyədək artım qeydə alınıb
Sakura

Azərbaycan Qran Prisinin bilet satışında iki dəfəyədək artım qeydə alınıb

 Formula 1 üzrə Azərbaycan Qran Prisinin keçirilmə müddətinin uzadılmasından sonra bilet satışında 2 dəfəyədək artım qeydə alınıb. 

Bu barədə "Report"a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) məlumat verilib.

Şirkətin Kommersiya şöbəsinin rəhbəri Bülent Özərdim Azərbaycan Qran Prisinin keçirilmə müddətinin uzadılmasına dair yeni müqavilənin imzalanmasından sonra yarışa beynəlxalq marağın kəskin şəkildə artıdğını bildirib: “Müqavilə müddətinin uzadılması yerli Formula 1 həvəskarları ilə yanaşı, xarici azarkeşlər tərəfindən də böyük maraqla qarşılanıb. Yeni müqavilə imzalandıqdan sonra satışın tempində 2 dəfəyədək artım qeydə alınıb. Bu artım, əsasən, Rusiya və Böyük Britaniyadan olan avtoidman həvəskarları hesabına formalaşıb”.

BŞH-nin rəsmisi onu da qeyd edib ki, bilet satışları ötən illə müqayisədə daha yaxşı vəziyyətdədir: “Keçən ilin eyni dövrü ilə müqayisədə bilet satışında daha böyük artım tendensiyası müşahidə olunur. İndiyədək xaricdən 46ölkədən bilet alınıb və bu rəqəm hər ötən gün böyüyərək daha geniş coğrafi məkanı əhatə etməkdədir. Hal-hazırda Rusiya və Böyük Britaniyadan sonra Azərbaycan Qran Prisinə ən çox maraq göstərən ölkələr Gürcüstan, Avstriya, Hollandiya, Polşa, Birləşmiş Ərəb Əmirlikləri və Finlandiyadır”. 

Yarış həvəskarları 2019 Formula 1 Azərbaycan Qran Prisinin biletlərini paytaxtın müxtəlif yerlərində olan bilet satış nöqtələrindən və ya www.bakucitycircuit.com saytından əldə edə bilərlər. 

Qeyd edək ki, Azərbaycan Qran-prisi 26 - 28 apreli əhatə edəcək. Fevralın 5-də Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə "Formula 1" Şirkətlər Qrupu arasında 2023-cü ilə qədər yeni müqavilə imzalanıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu gün pələnglərin ən məşhur müdafiəçilərindən biri məşhur Hollivud ulduzu Loenardo Di Kapriodur. O Rusiyaya gələrək, Amur pələnglərin müdafiəsi üçün 1 milyon dollar bağışlayıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR