Slimfit
  1. İDMAN

Azərbaycan Qran-Prisi haqqında maraqlı faktlar

Azərbaycan Qran-Prisi haqqında maraqlı faktlar
Sakura

Azərbaycan Qran-Prisi haqqında maraqlı faktlar

"Mercedes" komandasının pilotu Valteri Bottas builki mövsümdə ikinci qələbəsini Bakı Şəhər Halqasında növbəti dəfə baş tutmuş Formula 1 SOCAR Azərbaycan Qran Prisində qazanıb.
Azvision.az formula1.com saytında yarışla bağlı verilmiş maraqlı statistikanı təqdim edir: 

- Mercedes komandası pilotları mövsümün başlanğıcında ardıcıl olaraq 4 yarışda ilk iki yeri 
tutmaqla 1992-ci ildə bu göstərici üzrə 3 yarışlıq uğura sahib Williams komandasına 
məxsus rekordu qırdı. 

- Formula 1 üzrə keçirilmiş son 16 yarışın hamısında ilk pilləyə Mercedes komandasının 
pilotlarından biri çıxıb. Bu, bir komandanın hər iki pilotunun birlikdə fasiləsiz yiyələndiyi 
ən uzun müddətli qalibiyyətlər silsiləsidir. 

- Ferrari komandasının pilotu Sebastian Fettel indiyədək Bakıda baş tutmuş bütün 
Formula 1 yarışlarını ilk 4-lükdə bitirib. O, bu yarışların heç birində ilk 2-likdə yer ala 
bilməyib. 

- Racing Point komandasının pilotu Serxio Perez bugünədək Bakıda keçirilmiş 4 yarışdan 
3-də ilk 6-lığa düşüb. 

- McLaren komandasının pilotu Karlos Saynz son üç Azərbaycan Qran Prisində yarışı ilk 8- 
likdə başa vurub. 

- Ötən ilki Azərbaycan Qran Prisindən sonra keçirilmiş yarışlar ərzində McLaren 
komandasının hər iki pilotu ilk dəfə bu yarışda sona qədər mübarizə apararaq xala 
yiyələnə bilib. 

- Builki Azərbaycan Qran Prisi Racing Point komandasının pilotu Lens Strolun cari 
mövsümdə sıralanma turunun 1-ci mərhələsindən keçə bilmədən yarışı ilk 10-luqda 
bitirərək xala yiyələndiyi 2-ci yarışdır. 

- Williams komandası pilotlarından hər ikisi də cari mövsümdəki yarışlarda axıracan 
mübarizə aparmaqla rekord göstəriciyə imza atıblar. Komandanın pilotları bu yarışlarda 
ardıcıl olaraq sonuncu 2 yerə yiyələnib. Bu da rekord göstəricidir. 

- Alfa Romeo komandasının pilotu Kimi Raykkonen indiyədək Bakıda baş tutmuş bütün 
Formula 1 yarışlarında ən güclü üç komandanın təmsilçiləri xaricində xala yiyələnən 
yeganə pilotdur. 

- Haas komandasının pilotu Roman Qrojan indiyədək Bakıda keçirilmiş bütün Formula 1 
yarışlarını uğurla başa vursa da xala yiyələnə bilməyib. Toro Rosso komandasının pilotu 
Daniil Kvyat bugünədək Bakıda baş tutmuş 4 Qran Pri yarışından heç birini axıracan 
tamamlaya bilməyib. 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dişləri yumaq üçün 1 noxud miqdarında diş pastası kifayətdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR