Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycan qeyri-neft məhsullarının ixracını 13% artırıb

Azərbaycan qeyri-neft məhsullarının ixracını 13% artırıb
Sakura

Azərbaycan qeyri-neft məhsullarının ixracını 13% artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 969 mln. ABŞ dolları dəyərində mal ixrac edib. 

"Report" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) ixrac icmalında məlumat verilib. 

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 114 mln. dollar və yaxud 13,3% çoxdur. O cümlədən son 1 ildə Azərbaycandan elektrik enerjisinin ixracı 2,2 dəfə, pambıq ipliyinin ixracı 32%, alüminium və ondan hazırlanan məmulatların ixracı 16%, meyvə-tərəvəzin ixracı 19%, plastmas və onlardan hazırlanan məmulatların ixracı 14%, kimya sənayesi məhsullarının ixracı 1% artıb. 

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 7 ay ərzində Rusiyaya 353 mln. dollar, Türkiyəyə 215 mln. dollar, Gürcüstana 81 mln. dollar, İsveçrəyə 78 mln. dollar, Çinə isə 29 mln. dollar dəyərində qeyri-neft məhsulu ixrac edilib.

2018-ci yanvar-iyul aylarında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor (144 mln. ABŞ dolları) 1-ci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 68 mln. dollar) 2-ci və xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen (57 mln. dollar) 3-cü olub.

Ümumiyyətlə 2018-ci ilin 7 ayı ərzində meyvə-tərəvəz ixracı 301 mln. dollar, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 79 mln. dollar, alüminium və ondan hazırlanan məmulatların ixracı 78 mln. dollar, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 49 mln. dollar, pambıq lifinin icraxı 55 mln. dollar, kimya sənayesi məhsullarının ixracı 41 mln. dollar, pambıq ipliyi ixracı isə 12 mln. dollar təşkil edib. 

Təkcə bu ilin iyul ayında isə qeyri-neft sektoru üzrə ixracın dəyəri 122 mln. dollar olub. Ay ərzində qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısına Türkiyə (35 mln. dollar) liderlik edib. Daha sonra siyahıda Rusiya (33 mln. dollar), İsveçrə (9 mln. dolları), Gürcüstan (7 mln. dollar), Qazaxıstan (5,8 mln. dollar) və digər ölkələrin adı var.

2018-ci ilin iyul ayında da qeyri-neft sektoru üzrə ixracda pambıq lifi (mahlıc-16 mln. dolları) 1-ci, albalı və gilas (11 mln. dollar) 2-ci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda - 7,8 mln. dollar) isə 3-cü olub. 

Qeyd edək ki, son 1 ildə "Azexport" portalına daxil olan ixrac sifarişləri 19% artıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncəli kişilər məşhur Şah Abbas məscidi qarşısında. 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR