Dərc edildi: Baxış sayı: 289
Azərbaycan qeyri-neft ixracını 37 % artırıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycanın qeyri-neft ixracının dəyəri 651,4 milyon ABŞ dolları təşkil edib.
Ens.Az-ın məlumatına əsasən,ixracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 36,6% çoxdur.
Təkcə fevralda isə Azərbaycan 366,9 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 50% çoxdur.
Xatırladaq ki, 2022-ci ildə Azərbaycanın qeyri-neft ixracının dəyəri 2021-ci illə müqayisədə 12,3% artaraq 3 047,7 milyon ABŞ dolları olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət