Dərc edildi: Baxış sayı: 263
Azərbaycan qeyri-neft ixracını 21 % artırıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycan 1,8 milyard ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edib.
Bu barədə "Report"a İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20,6 % çoxdur.
Təkcə iyunda isə qeyri-neft ixracının dəyəri 307,6 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 13,8 % çoxdur.
Xatırladaq ki, 2022-ci ildə Azərbaycanın qeyri-neft ixracı 2021-ci illə müqayisədə 12,3 % artaraq 3 milyard 47,67 milyon ABŞ dolları təşkil edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət